SON XƏBƏRLƏR

Obama erməni soyqırımı ifadəsini işlədərsə, Vaşinqtonun Ankara və Bakı ilə münasibətlərinə ciddi zərbə dəyəcək

2021.10.20, 07:36
Obama erməni soyqırımı ifadəsini işlədərsə, Vaşinqtonun Ankara və Bakı ilə münasibətlərinə ciddi zərbə dəyəcək

Gunaz.tv

GünAzTv: Amerika prezidenti qondarma erməni soyqırımı ifadəsini işlədərsə bu, Vaşinqtonun Türkiyə və Azərbaycanla münasibətlərinə ciddi zərbə vuracaq. Bu fikirdə olan ekspertlər həmçinin hesab hesab edirlər ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Ermənistana dəstək verməsi BMT nizamnaməsinə və digər beynəlxalq hüquq normalarına hörmətsizlikdir.

Siyasi müşahidəçilərin qənaətincə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın aprelin 24-də qondarma erməni soyqırımına dair ənənəvi müraciətində soyqırımı kəlməsini işlədərsə bu nəinki Vaşinqtonun Türkiyə, Azərbaycanla da münasibətlərinə ciddi xələl gətirə bilər.

Millət vəkili Gültəkin Hacıbəyli: Bu gün heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə bölgənin lider ölkələridir. Bu ölkələrin imicinin aşağılanması hesabına belə bir yanlış addım atılması nəticə etibarilə Amerikanın bölgədəki nüfuzuna zərbə vurardı.

Millət vəkili Qüdrət Həsənquliyev: Obama erməni diasporasının qarşısında vaxtilə öhdəlik götürüb və çalışır ki, bu öhdəliyi yerinə yetirsin. Buna görə işğalçı Ermənistana dəstək verir. Bununla, BMT-nin nizamnaməsini ayaq altına atıb. Ermənistanın işğalçı siyasətinə göz yumur. Amerika İrana sanksiyalar tətbiq etmək istəyir ki, BMT-nin qaydalarına əməl etmir, amma BMT qətnamələrinə əməl etməyən Ermənistana özü maliyyə dəstəyi verir. Budur, Amerikanın 2-li siyasəti.

 

Son dövrlər Amerika ermənipərəst siyasət yürüdür və bütün səylərini işğalçı Ermənistanı iqtisadi böhrandan çıxarmağa yönəldir. Bu da haqlı olaraq Azərbaycanda Türkiyədə narazılıq doğurur. Ekspertlər Bakı və Ankaranın  bu addımlarını müsbət qarşılayır. 

millət vəkili Gültəkin Hacıbəyli: Bu siyasət ermənilərin bölgədə güclənməsinə xidmət edir. Burada xristian faktoru da var. Amma ən asas amil odur ki, çalışırlar, Azərbaycan və Türkiyəyə qarşı bölgədə kataklizmlər yarada biləcək Ermənistanı çıxarsınlar. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar