SON XƏBƏRLƏR

İran parlamentinin Azərbaycanlı deputatı: Dağlıq Qarabağ məsələsində haqq-ədalət Azərbaycanın tərəfindədir

2021.10.20, 07:36
İran parlamentinin Azərbaycanlı deputatı: Dağlıq Qarabağ məsələsində haqq-ədalət Azərbaycanın tərəfindədir

Gunaz.tv

GünAzTv: Dağlıq Qarabağ mübahisəli bir zona deyilki? Bu zonanın konkret sahibi var, o da Azərbaycandır. Biz münaqişənin alovlanmasının əleyhinəyik.

Azərbaycan bizim öz vətənimiz kimi sevdiyimiz bir ölkədir. Bu ölkənin gülərüz və mehriban xalqı bizə doğmadır. Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvi deyib.

O bildirib ki, Azərbaycana qarşıdakı səfərləri zamanı siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı müzakirə olunacaq: “Azərbaycan bölgədə inkişaf etmiş və müstəqil bir ölkədir. Azərbaycan Allahın bəxş etdiyi tükənməz təbii sərvətləri və müdrik insanları ilə dünyada özünəməxsus yer tutur. Bu ölkənin daha da inkişaf edəcəyinə və güclənəcəyinə heç bir şübhə yoxdur”.S. K. Musəvi Dağlıq Qarabağ məsələsində Ermənistan və Azərbaycan arasında vasitəçilik etmək istədiklərini və bu zəmində işlərin başlandığını söyləyib: “Münaqişənin tezliklə həllinə çalışırıq. Əlbəttə ki, haqq-ədalət Azərbaycanın tərəfindədir və biz Azərbaycanı müdafiə edirik. Dağlıq Qarabağ mübahisəli bir zona deyilki? Bu zonanın konkret sahibi var, o da Azərbaycandır. Biz münaqişənin alovlanmasının əleyhinəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar