SON XƏBƏRLƏR

Bursada “Yeddi Dövlət” bayraq meydanı açılacaq

2021.10.20, 07:36
Bursada “Yeddi Dövlət” bayraq meydanı açılacaq

Gunaz.tv

GünAzTv: Türkiyənin Bursa şəhərindəki Yıldırım bələdiyyəsinin ərazisində “Yeddi Dövlət” bayraq meydanı açılacaq. Bu haqda xəbəri Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin başqanı İbrahim Demirtaş verib.

 

O, bildirib ki, aprel ayının 20-də dərnək yetkililərini bələdiyyə binasına dəvət edən bələdiyyə başqanı Özgen Keskin artıq “Yeddi Dövlət” bayraq meydanının layihəsinin hazır olduğunu, 3 iyul 2010-cu il tarixində təntənəli açılış törəninin təşkil ediləcəyini deyib. Törəndə yeddi bağımsız türk dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Qıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları milli marşların müşayiətində bir daha endirilməmək şərtilə qaldırılacaq. Bununla da Bursa Yıldırım bələdiyyəsi yeddi bağımsız türk dövlətinin birləşəcəyi Bağımsız Türk Dövlətləri Birliyinə aparan yolda çox gözəl bir mesaj vermiş olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar