SON XƏBƏRLƏR

Soydaşlarımız “22 MAY” hadisələrinin ildönümünə hazırlaşır

2021.10.20, 07:36
Soydaşlarımız “22 MAY” hadisələrinin ildönümünə hazırlaşır

Gunaz.tv

GünAzTv: Bu il mayın 23-də İsveçin paytaxtı Stokholm şəhərində Sergelstorg meydanında saat 10.00-dan 12.00-dək 22 may hadisələrinin dördüncü ildönümüylə əlaqədar mitinq keçiriləcək. Məqsəd 2006-cı ilin mayında Güney Azərbaycanda yaşanmış vəziyyəti yerli və dünya ictimaiyyətinə çatdırmaqdır.

 

Aksiyada Azərbaycan, İsveç, ingilis dillərində çıxışlar olacaq, 22 may hadisələri və Güney Azərbaycanın indiki durumuyla bağlı ətraflı məlumat veriləcək. Eyni zamanda həmin olaylar zamanı şəhid düşmüş və yaralanmış soydaşlarımızın fotoşəkillərindən ibarət sərgi nümayiş etdiriləcək. Mitinqin qətnaməsi İsveç və ingilis dillərində çap olunaraq paylanılacaq. Bundan əlavə, Azərbaycan türklərinin milli mübarizə simvolu olan çoxlu sayda qırmızı bayraq qaldırılacaq. Mitinqdə hər bir kəs özü və təmsil etdiyi təşkilat adından çıxış etmək hüququna malikdir, ancaq hər hansı bir təşkilatın simvol və nişanının qaldırılması yasaqdır.

Xatırladaq ki, 2006-cı il mayın 22-də "İran" adlanan qəzetdə təhqir xarakterli (Azərbaycan türkləri tarakana bənzədilmişdi) karikaturanın dərcindən sonra soydaşlarımız küçələrə axışmış, sivil şəkildə öz etirazlarını bildirməyə çalışmışdı. Ancaq fars şovinistləri dinc aksiyanı qan içində boğmuşdu. Nəticədə onlarla azərbaycanlı öldürülmüş, yüzlərlə insan yaralanmış, minlərlə soydaşımız tutulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar