SON XƏBƏRLƏR

Xoy şəhərində 3 əsgər öldürülüb

2021.10.20, 07:36
Xoy şəhərində 3 əsgər öldürülüb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Xoy şəhərində yaşanan qarşıdurma nəticəsində İran İnqilab Korpusunun (SEPAH) 3 hərbçisi öldürülüb.

 

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən hadisə ilə bağlı geniş məlumat verilməsə də, hərbçilərin İran inqilabının əleyhdarlarının hücumuna məruz qaldığı bildirilir. Bu barədə SİA “Mehr” xəbər agenliyinə istinadən xəbər yayıb.

 

Qeyd edək ki, sözügedən şəhərdə tez-tez terror təşkilatı PKK-nın İran qolu olan PJAK ilə İran hərbçiləri arasında qarşıdurmalar baş verir.

 

Yanvar ayında şəhər prokuroru sui-qəsd nəticəsində öldürülmüşdü. Hadisənin məsuliyyətini isə PJAK üzərinə götürmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar