SON XƏBƏRLƏR

Təbriz zindanında saxlanılan Urmulu mədəni fəalın hüquqi durumu qeyri-müəyyəndir

2021.10.20, 07:36
Təbriz zindanında saxlanılan Urmulu mədəni fəalın hüquqi durumu qeyri-müəyyəndir

Gunaz.tv

GünAzTv: Urmulu mədəni fəal, 26 yaşlı gənc cənab Əta Kərimi 18 gündür Təbrizin mərkəzi zindanında saxlanılır. Onun hüquqi durumu qeyri-müəyyən olaraq qalır.

 

Kərimi Urmu Gölünün qurudulmasına etiraz olaraq aprel ayının 2-də (fərvərdinin 13-ü), “Urmu Gölü Kampaniyası Dəstək Yığıncağı”-na qoşulduğu üçün İranın Hüquq Mühafizə Qüvvələri tərəfindən tutuqlanıb.

 

Onun yaxınlarının bildirdiyinə görə, Kərimi yaxalandıqdan sonra ilk olaraq Üskünün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə, sonra Təbrizin ETTELAAT idarəsinə və nəhayət Təbrizin mərkəzi zindanına aparılıb.

 

Məlumata görə, Kərimi ETTELAAT idarəsində vəhşicəsinə döyülüb və işgəncəyə məruz qalıb. İşgəncə nəticəsində hətta tanınmaz hala düşüb. ETTELAAT idarəsində isə Rüstəmi adlı birisi onu sorğu-suala tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar