SON XƏBƏRLƏR

Ərdəbil İnqilab Məhkəməsində mədəni fəalın ikinci məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Ərdəbil İnqilab Məhkəməsində mədəni fəalın ikinci məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Germi şəhərində fəaliyyət göstərən Azərbaycanlı mədəni fəal cənab Şəhruz Əsədinin ikinci məhkəmə iclası keçirilib. Məhkəmə iclası 2010-cu il aprel ayının 19-da (fərvərdinin 30-u) Ərdəbil şəhərinin İnqilab Məhkəməsində keçirilib.

 

GünAzTv nətbuat mərkəzinin “Savalan səsi”-nə istinadən yaydığı məlumata görə, Mədəni fəal sistemin əleyhinə təbliğ və Ali rəhbəri təhqir etməkdə ittiham olunur.

 

Hakim, ittihamları kompüter keysindəki Azərbaycanın klassik rəqs və musiqi videosu, türk dilinin təlim kitabları, milli yönlü kitablar, mağazanın adının Çənli bel olması , Azərbaycan şəxsiyyətləri və Xocalı faciəsi haqqında afişaların (pusterlər) olduğu ilə əsaslandırıb.

 

Germi şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları 2008-ci il sentyabr ayının 28-də (1387-ci il mehr ayının 7-i) Cənab Əsədinin mağazasına hücum edib, onu yaxaladıqdan sonra mağazada axtarış aparıblar. Axtarış zamanı məmurlar tərəfindən mağazanın təbliğ lövhəsi, kompüter keysi və digər şəxsi əşyalar zəbt olunub.

 

Mədəni fəal bir həftə saxlanıldıqdan sonra zəmanət qarşılığında azadlığa buraxılıb.

 

Bundan öncədə Əsədi Germinin İnqilab Məhkəməsində mühakimə olunub, ancaq bütün ittihamlardan bəraət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar