SON XƏBƏRLƏR

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri, İranı işqalçılıqda İsraillə müqayisə edib

2021.10.20, 07:36
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri, İranı işqalçılıqda İsraillə müqayisə edib

Gunaz.tv

GünAzTv: Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla Bin Zayid Al-Nəhyan İranı Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adalarını geri qaytarmağa çağırıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı  məlumata görə, Al-Nəhyan aprelin 20-də jurnalistlərlə söhbətində İranı işğalçılıqda günahlandırıb: “Bu üç ada problemi bizimlə İran arasındakı münasibətlərə mənfi təsir buraxır. Bu, Birləşmiş Ərəb Əmirliklərinin hər bir vətəndaşı üçün olduqca acınacaqlı bir problemdir.

 

İsrailin Cövlan yüksəkliklərini, Livanın cənubunu və Qəzza zolağını işğal etməsi ilə bu məsələ arasında heç bir fərq yoxdur. İşğal işğaldır. Təəssüflər olsun ki, İran Birləşmiş Ərəb Əmirliklərinin bu problemin ya birbaşa danışıqlar, ya da beynəlxalq məhkəmə yolu ilə həlli üçün irəli sürdüyü təklifini rədd edib”.

 

Son illər Birləşmiş Ərəb Əmirlikləri dəfələrlə rəsmi və qeyri-rəsmi mərasimlərdə bu üç adanın qaytarılmasını tələb edib və məsələ danışıqlar yolu ilə alınmayacağı təqdirdə Beynəlxalq Haaqa Məhkəməsinə üz tutacağını bildirib.

 

Strateji əhəmiyyətə malik Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə görə İran hökumətinin nəzarətinə verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar