SON XƏBƏRLƏR

İranda daha bir Qəzet qapadılıb

2021.10.20, 07:36
İranda daha bir Qəzet qapadılıb

Gunaz.tv

GünAzTv: İranda islahatçı “Bahar” qəzetinin fəaliyyətinə qadağa qoyulub. Qadağa Mətbuata Nəzarət Heyəti tərəfindən tətbiq edilib.

 

Adını çəkdiyimiz qəzet aprelin 19-da İranın keçmiş prezidenti Məhəmməd Xatəminin Yaponiyanın Xirosima şəhərindəki toplantı üçün nəzərə tutduğu çıxışının mətnini dərc edib.

 

Xatırladaq ki, Aprelin 15-də Xirosimada nüvə silahlarından imtinaya dair toplantıya qatılmaq üçün Məhəmməd Xatəminin ölkədən çıxmasına icazə verilməmişdi.

 

Qeyd edək ki, “Bahar” qəzetinin redaktoru Səid Purəzizi jurnalistlərə açıqlamasında qəzetə qarşı Mətbuata Nəzarət Heyəti nin irəli sürdüyü qanunsuzluqla bağlı ittihamları rədd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar