SON XƏBƏRLƏR

Avropada Azərbaycanlı siyasi məhbuslar üçün nəzərdə tutulan İmza Toplama Kampaniyası dəvam etdirilir

2021.10.20, 07:36
Avropada Azərbaycanlı siyasi məhbuslar üçün nəzərdə tutulan İmza Toplama Kampaniyası dəvam etdirilir

Gunaz.tv

GünAzTv: Almaniyada ADAPP (İranda azerbaycanlı siyasi məhbusların müdafiə qurumu) və Almaniya Benəlxalq Əfv Təşkilatının təşəbbüsü ilə Səid Mətinpur və digər Azərbaycanlı siyasi məhbusların azadlığı ilə bağlı İmza Topmlama Kampaniyası keçirilib.

 

GünAzTv mətbuat mərkəzinin "Savalan səsi"-nə istinadən yaydığı məlumata görə, İmza Toplama Kampaniyası Almaniyanın Frankfort şəhərinin mərkəzində aprel ayının 17-də (fərvərdinin 28-i) keçirilib.

 

Almaniya vətəndaşları bir məktub imzalayaraq İran hökümətindən istəyiblər ki, iki dəfə ürək krizi keçirən və səhhətində acınacaqlı vəziyyət yaranan jurnalist və insan haqları müdafiəçisi Səid mətinpur zindanın xaricində müalicə olunsun.

 

Həmçinin məktubu imzalayan Almaniya vətəndaşları Səid Mətinpur, Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Əli Əbbasi və digər Azərbaycanlı siyasi məhbusların İran zindanlarından azad olunmasını tələb ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar