SON XƏBƏRLƏR

Təbrizdə 4 Azərbaycanlı mədəni fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Təbrizdə 4 Azərbaycanlı mədəni fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Təbrizdə “Varlıq”-in uşaqlar mədəni qrupunun məsulları və mədəni fəallar  Səid Çələbyanı, Rza Qordanı, Bəhram Behimi və Camal Təsuciyan cənablarının ittihamlarına baxılıb.

Məhkəmə iclası 2010-cu il aprel ayının 20-də (fərvərdinin 31-i) Təbrizin inqilab məhkəməsinin üçüncü şöbəsində keçirilib.

 

Rza Qordani və Bəhram Behimi ölkənin milli təhlükəsizliyini  pozmağa cəhddə və millətçi qruplarda üzlükdə ittiham olunublar. Səid Çələbyani və Camal Təsuciyan isə qeyd etdiyimiz iki ittihamdan başqa həmdə sistemin əleyhinə fəaliyyətdə suçlanıblar.

 

Hakim bu ittihamları  “Varlıq” adlı uşaqlar üçün  mədəni və şeir qrupunun təşkili və türkcə uşaqlar nəğməsi proqramının icrası ilə əsaslandırır. Bu proqramlar 2009-cu il dekabr ayının 10-da (1388-ci il azər ayının 19-u) xüsusi mərasimdə icra olunub.

 

Mərasim qeyd olunarkən Təhlükəsizlik Qüvvələri şəxsi evə daxil olub, qonaqların üzünə gözyaşardıcı qaz səpdikdən sonra onları yaxalamışdı. Məmurlar onların mobil telefonlarını şəxsiyyət vəsiqəsi ilə birlikdə zəbt etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar