SON XƏBƏRLƏR

İki Azərbaycanlı mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
İki Azərbaycanlı mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Güney Azəebaycanlı mədəni fəallar cənab Məhəmməd Təbrizli(Rzai) və Tayıp Lütfi Təbriz zindanından sərbəst buraxılıblar.

 

Onlar 16 gün həbsdə saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə və zəmanət qarşılığında azadlığa buraxılıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, Adını çəkdiyimiz mədəni fəallar aprel ayının 2-də (fərvərdinin 13-ü) “Urmu Gölü Kampaniyası Dəstək Yığıncağı”-da iştirak ediblər. onlar Yığıncaq mərasimində İranın Hüquq Mühafizə Qüvvələri tərəfindən tutuqlanıb.

 

Xatırladaq ki, sözü gedən yığıncaqda tutuqlanmış Hüseyn Nəsiri, Məhəmməd Məhəmmədlu və Əta Kərimi adlı soydaşlarımız hələdə Təbriz həbsxanasında saxlanılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar