SON XƏBƏRLƏR

Zəncanlı insan haqları müdafiəçisi sərbəst buraxılıb

2021.10.20, 07:36
Zəncanlı insan haqları müdafiəçisi sərbəst buraxılıb

Gunaz.tv

GünAzTv: Əvvəl aparanda dedilər ki, bir neçə söz soruşacağıq, mən getdim, gəldilər evi axtardılar, kompüteri apardılar. Dedilər ki, siz gərək deyəsiniz ki, şəhərdə kağız yayılıb, ana dili gününə görə, gərək deyəsiniz ki, onları siz yaymısınız. Bu sözləri Güney Azərbaycanın  Zəncan Şəhərində yaşayan və «Bayram» qəzetinin xəbər müxbiri Davud Xudakərəmi deyir.

 

O, aprelin 17-də Zəncan polisi tərəfindən saxlandığını deyir. Aprelin 19-da isə o, sərbəst buraxılıb. Davud Xudakərəminin sözlərinə görə, onu polisə apararkən əvvəlcə Zəncan bazarında baş vermiş bir oğurluqda şübhəli bilindiyini deyiblər. Sonra evinə baxış keçirərək kompüterini, kitablarını götürüblər. Daha sonra isə təklif ediblər ki, bir müddət əvvəl ana dili günü ilə əlaqədar əhali arasında kağız yayanlardan biri olduğunu üzərinə götürsün. Aprelin 19-da polis ittihamlardan əl çəkib və jurnalist sərbəst buraxılıb. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar