SON XƏBƏRLƏR

Əhməd Davudoğlu Bakıdadır

2021.10.20, 07:36
Əhməd Davudoğlu Bakıdadır

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən Ə.Davudoğlu prezident İlham Əliyevlə görüşəcəyini bildirib. Türkiyəli nazir ölkəsinin hər zaman Azərbaycanla iş birliyində olduğunu vurğulayıb."Türkiyə hər zaman Azərbaycanla təmasdadır, tam bir işbirliyi içərisində hərəkət edirik. Mən Vaşinqtondakı müzakirələrimizlə bağlı Azərbaycan prezidenti cənab İlham Əliyevə məlumat vermək və bu məsələni qarşılıqlı olaraq nəzərdən keçirmək üçün yenidən Bakıya gəlməkdən məmnunam", - deyə o bildirib. GünAzTv mətbuat mərkəzinin Anspress-ə istinadən yaydığı məlumata görə, Davudoğlu Azərbaycanda keçirəcəyi görüşlərdən sonra xarici işlər naziri Elmar Məmmədyarovla birgə açıqlama verəcəyini də söyləyib. Qeyd edək ki, Əhməd Davudoğlu ilə yanaşı, Türkiyə baş nazirinin xüsusi elçisi, Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu da Azərbaycana gəlib.Türkiyə XİN başçısının Azərbaycandan İrana səfər edəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar