SON XƏBƏRLƏR

İranda müxalifətin 3 tanınmış lideri barədə həbs hökmü çıxarılıb

2021.10.20, 07:36
İranda müxalifətin 3 tanınmış lideri barədə həbs hökmü çıxarılıb

Gunaz.tv

GünAzTv: Möhsün Mirdamadi, Mustafa Taczadə, Davud Süleymani altı il azadlıqdan məhrum ediliblər.

 

İran məhkəməsi müxalifətin üç fəalını həbs cəzasına məhkum edib. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirli biliniblər. Möhsün Mirdamadi, Mustafa Taczadə, Davud Süleymani altı il azadlıqdan məhrum ediliblər. Bundan başqa onlara on il müddətində siyasi fəaliyyətlə məşğul olmaq yasaqlanır. Bu barədə İtv. az “Associated Press”ə istinadən  xəbər yayıb.

Möhsün Mirdamadi İran müxalifətinin ən tanınmış simalarından biridir. 1979-cu ildə o, İranda Amerika səfirliyini mühasirədə saxlayan qrupplaşmanın liderlərindən biri olub, sonralar islahatçı  partiyası yaradıb. Hər üç məhkum 2009-cu ilin iyununda Mahmud Əhmədinejatın ikinci dəfə prezident seçilməsindən sonra İranda törədilən kütləvi ixtişaşlar zamanı həbs olunublar. Onda müxalifət səslərin yenidən sayılmasını və təkrar seçki keçirməsini isrtəyirdi. Sonda hakimiyyətlə müxalifət arasında qarşıdurma yarandı. İyirmi nəfərə qədər insan həlak oldu, yüzlərlə aksiyaçı müxtəlif bədən xəsarətləri aldı. Bunun ardınca İranda kütləvi həbslər başladı, yüzlərlə adam həbsxanaya salındı, ondan yuxarı şəxs edam edildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar