SON XƏBƏRLƏR

Güney Azərbaycanda “Urmu Gölü Yığıncağı” barəsində film yayılır

2021.10.20, 07:36
Güney Azərbaycanda “Urmu Gölü Yığıncağı” barəsində film yayılır

Gunaz.tv

GünAzTv: Urmu Gölünün qurudulmasına etiraz məqsədi ilə 2010-cu il aprel ayının 2-də (fərvərdinin 13-ü) Göl ətrafında həyata keçirilən “Urmu Gölü Yığıncağı”, İranın Hüquq Mühafizə Qüvvələri və Xüsusi Dəstələrin müdaxiləsi ilə yadda qaldı.

 Soydaşlarımız Yığıncağın təfərrüatı barədə 45  dəqiqəlik film hazırlayıblar.

 

 Film Güney Azərbaycanın müxtəlif şəhərlərində yayılır.

 

Filmdə Gölün quruması ilə bağlı səhnələr, qırmızı paltarlı ailələrin Yığıncaqda iştirakı, iştirakçıların əllərindəki su bardaqları, polisin gözyaşardıcı qazdan istifadə etməsi, tutuqlamalar, şüarlar, plakatlar, Azərbaycanlı xanımların canfişanlığı və … nümayiş etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar