SON XƏBƏRLƏR

“Traxtur”-un tutuqlanmış 30 nəfər xanım tərəfdarı azadlığa buraxılıb

2021.10.20, 07:36
“Traxtur”-un tutuqlanmış 30 nəfər xanım tərəfdarı azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin Güney Azərbaycanın milli saytlarına istinadən yaydığı məlumata görə, tutuqlanmış 30 nəfər (xanım olublar)  “Traxtur” tərəfdarı mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

 Onlar 2010-cu il aprel ayının 16-da (fərvərdinin 27-i) “Perspolis-Traxtur” müsabiqəsini izləmək və “Traxtur”-u təşviq etmək üçün Təbrizin Səhənd stadyomuna (stadion) yaxın bir təpə üzərində ailələri ilə birlikdə toplaşıblar. onlar öz milli istəklərini dilə gətirib və komandanı təşviq ediblər. bu halda ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları onları stadyomdan uzaqlaşdırmaq istəyib. Ancaq qətiyyətli xanım soydaşlarımız bununla razılaşmayıb. Bundan sonra ETTELAAT əməkdaşları onları Təbrizin Saib xiyabanı ETTELAAT idarəsinə aparılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar