SON XƏBƏRLƏR

İranda Azərbaycanlı jurnalist və insan haqları fəalı həbs olunub

2021.10.20, 07:36
İranda Azərbaycanlı jurnalist və insan haqları fəalı həbs olunub

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlı jurnalist və insan haqları fəalı cənab Davud Xudakərəmi 2010-cu il aprel ayının 17-də (fərvərdinin 28-i) həbsə alınıb.

 

 O Zəncan şəhəri Polis idarəsinin təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən, Zəncanın xiyabanlarının birində yaxalanıb.

 

Məmurlar Xudakərəminin ata evinə gedib, evdə ciddi axtarış aparıblar. Axtarış aparan Məmurlar onun bir neçə kitabı, kompüter keysi və digər şəxsi əşyasını özləri ilə aparıblar.

 

Jurnalistin atası bildirib ki, Polis tərəfindən oğlunun Polis idarəsinin təhlükəsizlik şöbəsində olduğu bildirilib.

 

Xatırladaq ki, Xudakərəmi Türkcə-farsca yazılan “Bayram” aylıq dərgisinin jurnalisti və  Zəncan universitetinin İslami Cəmiyyət Öyrənciləri İcmasının sədri olub. Bu icma bir neçə il öncə Ana dili ilə bağlı mərasim keçirdiyi üçün universitet tərəfindən ləğv edilib və Xudakərəmi də universitetdən azad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar