SON XƏBƏRLƏR

3 Əhl-i Haqq məhbus soydaşımıza yeni hökm çıxarılıb

2021.10.20, 07:36
3 Əhl-i Haqq məhbus soydaşımıza yeni hökm çıxarılıb

Gunaz.tv

GünAzTv: Hazırda İranın Yəzd şəhərində məhbus həyatı yaşayan Səhənd Əli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadullah Qasimzadə haqqında yeni məhkəmə hökmü çıxarılıb. Yeni hömkə görə, onların hər biri 30 ay həbs cəzasına məhkum olub.

 

Əhl-i Haqq məzhəbinə mənsub olan 3 soydaşımız Urmu zindanında öz vəziyyətləri barədə əlyazmaları vasitəsi ilə, ümum  ictimai zehniyyəti pozmağa cəhd və İranın Ali Rəhbərinə təhqir etməkdə ittiham olunurlar.

 

Adını çəkdiklərimiz məhbusların ailələrinə yaxın mənbələrin məlumatına görə, Urmu zindanının vəziyyətini Məhkəməyə bildirdiklərinə görə, onlara yeni hökm çıxarılıb. Yeni hökmdən sonra onların hər birinin həbs cəzası 15 il 6 ay müddətinə çatıb.

 

Onların acınacaqlı vəziyyətdə saxlanıldığı və narkotiklə bağlı həbs olunan məhbuslarla eyn bənddə (bölüm) saxlanıldığı bildirilir.

 

Adını çəkdiyimiz 3 soydaşımız 2004-cü ildə, mənsub olduqları məzhəbin tərəfdarları ilə İran hüquq mühafizə orqanlarının arasında yaranan silahlı qarşıdurmada tutuqlanıb və həbs olunublar. Onlar Qoşaçayın (Miyandoab) Üçtəpə kəndinin sakinləridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar