SON XƏBƏRLƏR

Ötən müsabiqədə bir neçə "Traxtur" tərəfdarı Xanım soydaşlarımız tutulub

2021.10.20, 07:36
Ötən müsabiqədə bir neçə "Traxtur" tərəfdarı Xanım soydaşlarımız tutulub

Gunaz.tv

Ötən  müsabiqədə bir neçə Traxtur tərəfdarı Xanım soydaşlarımız tutulub

 

GünAzTv:  2010-cu il aprel ayının 16-da (fərvərdinin 27-İ) Güney Azərbaycanın milli komandası “Traxtur”-la “Perpolis” arasında keçirilən yarışda bir neçə xanım soydaşımız tutuqlanıb.

 

GünAzTv mətbuat mərkəzinin  “Azərbaycan xəbərləri” saytına istinadən yaydığı məlumata görə, Onlar milli komandaları “Traxtur”-u təşviq etmək, milli hərəkata dəstək vermək və qadın hüquqlarını tələb etmək məqsədi ilə öz ailələri ilə birlikdə möhtəşəm idman mərasimində iştirak ediblər.

 

 iştirakçılar stadyoma (stadion) yaxın təpənin üstündə bulunub öz istəklərini dilə gətirib və komandanı təşviq ediblər. bu halda ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları onları stadyomdan uzaqlaşdırmaq istəyib. Ancaq qətiyyətli xanım soydaşlarımız bununla razılaşmayıb. Bundan sonra ETTELAAT əməkdaşları onları Təbrizin Saib xiyabanı ETTELAAT idarəsinə aparıblar.

 

Həmçinin stadyoma gedən bir sıra digər ailələrdə stadyom yaxınlığında hüquq mühafizə qüvvələri tərəfindən qaytarılıb. Məlumata görə onlarla kobud rəftar olunub.

 

Tutuqlanan xanım soydaşlarımızın kimliyi haqqında hələlik heç bir məlumat yopxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar