SON XƏBƏRLƏR

Qırğızıstan parlament respublikası sisteminə keçir

2021.10.20, 07:36
Qırğızıstan parlament respublikası sisteminə keçir

Gunaz.tv

Qırğızıstan parlament respublikası sisteminə keçir

 

GünAzTv: Qırğızıstan parlament respublikası olacaq və müvəqətti hökumətin Konstitusiya dəyişikliyi istiqamətində səyləri buna xidmət edir. Bunu Qırğızıstanda qiyam yolu ilə formalaşdırılan müvəqqəti hökumətin başçısı Roza Otunbayeva deyib.Roza Otunbayeva deyib ki, müvəqqəti hökumət Konstitusiyaya dəyişiklik etmək və ölkədə parlament idarəetmə sisteminin tətbiqinə nail olmaq istəyir. O bildirib ki, hökumət Qırğızıstanda insan hüquqları və söz azadlığını möhkəmlətməyə cəhd edir: “Biz demokratik quruluşu bərpa etməyə çalışırıq. Bu, söz azadlığı və insan hüquqlarına riayət olunmasına aiddir. Hazırda biz ölkədə demokratiyanın inkişafı ilə bağlı plan hazırlayırıq. Az əvvəl radio və televiziya kanalları işləməyə başlayıb, əvvəllər bağlı olan qəzetlər nəşr olunur”.Hazırda müvəqqəti hökumət yeni Konstitusiyanın mətni üzərində işləyir və o, aprelin 19-da elan edilməlidir. Konstitusiyanın prezident, parlament, eləcə də hakimiyyət orqanları və məhkəmələrin fəaliyyətinə aid hissələrinin yenidən işlənməsi nəzərdə tutulur. Müvəqqəti hökumət bəyan edib ki, insan hüquqları və söz azadlığına aid maddələrdə dəyişiklik olmayacaq.Xatırladaq ki, aprelin 6-da Qırğızıstanda kütləvi etirazlar baş qaldırıb və səhəri gün bütün ölkəni əhatə edib. Müxalifət tərəfdarları ilə asayiş keşikçiləri arasında baş vermiş toqquşmalarda 82 nəfər ölüb, 1500-dən artıq adam yaralanıb. Hakimiyyətə 2005-ci ildə inqilab yolu ilə gəlmiş Kurmanbek Bakiyev Bişkeki tərk edib və müxalifət müvəqqəti hökumət formalaşdırıb. Son məlumatlara görə, o, istefa ərizəsi yazıb və Qazaxıstana gedib. Müvəqqəti hökumət isə onun qohumlarının və yaxınlarının həbsinə başlayıb. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, onlar və devrilmiş prezident aprelin 7-də Bişkekdə nümayişçilərin gülləbaran edilməsinə görə məhkəmə qarşısında cavab verməlidirlər.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar