SON XƏBƏRLƏR

Höccətülislam Kazım Sədiqi zəlzələ ilə hicabsızlıq arasında əlaqə ol duğunu deyib

2021.10.20, 07:36
Höccətülislam Kazım Sədiqi zəlzələ ilə hicabsızlıq arasında əlaqə ol duğunu deyib

Gunaz.tv

Höccətülislam Kazım Sədiqi zəlzələ ilə hicabsızlıq arasında əlaqə ol duğunu deyib

 

GünAzTv: Aprelin 16-da Tehran cümə namazına rəhbərlik edən höccətülislam Kazım Sədiqi zəlzələ və digər təbii fəlakətlərlə qadınların hicab qaydalarına lazımi qədər riayət etməməsi arasında əlaqənin olduğunu söyləyib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  K.Sədiqi İran cəmiyyətində günahın baş alıb getdiyini bildirib: “Təəssüflər olsun ki, cəmiyyətdə günah olduqca artıb. Bəzi xanımların hicaba, kişilərin isə əxlaq prinsiplərinə lazımi qədər riayət etməməsi ucbatından günah və fəsad baş alıb gedir. Bu isə cəmiyyətdə mənəvi ab-havanın itib getməsinə səbəb olub. Din alimlərinin dəfələrlə bu kimi günahlar ucbatından baş verən zəlzələ və digər fəlakətlərlə bağlı xəbərdarlığına diqqət yetirmək lazımdır. Onlar deyirlər ki, bu günahlardan çəkinməklə təbii fəlakətlərin qarşısını almaq lazımdır”.

Höccətülislam kiçik günahların təkrar olunanda böyük günahlara çevrildiyini vurğulayıb: “Günah nəticəsində baş verən zəlzələlər bizə onu deyir ki, Allahı yada salıb dinə pənah aparmaqdan başqa yolumuz yoxdur. Qadınlarımız hicaba lazımi qədər riayət etməlidir. Çünki xanımların hicabsızlığı gənclərin nəfsini tərpədir və böyük günahlara gətirib çıxarır, axırda da Allahın qəzəbinə səbəb olur. Biz bu fəlakətlərdən qurtarmaq üçün dinə söykənib yaşamalıyıq. Çünki Tehran kimi bir şəhərdə zəlzələ baş versə, Allahdan başqa heç kəs onun qarşısını ala bilməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar