SON XƏBƏRLƏR

“Traxtur - Perspolis” müsabiqəsinin son nəticəsi...

2021.10.20, 07:36
“Traxtur - Perspolis” müsabiqəsinin son nəticəsi...

Gunaz.tv

“Traxtur - Perspolis” müsabiqəsinin son nəticəsi...

 

GünAzTv: Artıq milli komandamız “Traxtur”-la Tehranın “Perspolis” komandası arasında gedən həyəcanlı müsabiqə sona çatdı.

 

Xəbər verdiyimiz kimi birinci hissənin nəticəsi “Traxtur”-un xeyirinə olaraq (1 – 0)-dan ibarət oldu. Qol Fərhad Xeyrxah tərəfindən vuruldu.

Ancaq ikinci hissədə  (55-ci dəqiqə)  “Perspolis” idmançısı Hadi Noruzi tərəfindən vurulan qol,  nəticəni bərabərləşdirdi.

 

Bununlada son nəticə (1 – 1)-dən ibarət oldu.

 

Sözü gedən müsabiqəni 100000 nəfərdən artıq tamaşaçı izləyib.

 

Oyun getdiyi müddətdə stadyomun (stadion) hər tərəfindən “Yaşasın Azərbaycan” kimi milli şüarlar səsləndirildi.

 

Qeyd edək ki, “Traxtur” komandası ilə bağlı keçmiş xəbərlərimizdə məlumat verdiyimiz kimi, “Traxtur” komandasının tərəfdarları get-gedə artmaqdadır. Bu artım əsas iki istiqamətdə hiss olunur:

 

1_Tərəfdarların sayı artıq Güney Azərbaycan və İranın sərhədlərini aşaraq  digər bölgə ölkələri, Avropa və Amerikada yaşayan soydaşlarımızı da əhatə etməyə başlayıb. Bir çox soydaşlarımız yaşadıqları ölkələrin uzaq coğrafidə yerləşməsinə baxmayaraq “Traxtur” komandası ilə yaxından ilgilənirlər.

 

2_ “Traxtur” komandası tərəfdarlarının sayı hətta idmana və futbola rəğbəti olmayan soydaşlarımızın arasında da genişlənməkdədir. Güneydən aldığımız məlumatlara əsasən idmana heç rəğbəti olmayan kişi və qadınlar milli komandamızın sərt tərəfdarına çevriliblər.

 

Şərhçilərimizin fikricə Bir idman komandasının,  fiziki və mənəvi sərhədləri aşaraq bütün ictimai təbəqələr içində bu qədər rəğbət qazanmasını ancaq futbolla izah etmək doğru olmaz. Bu milli birliyin ciddi sosyal və ulusal mesajı var. Yarış boyu eşidilən şüarlar, Azərbaycan türk millətinin İranın siyasi-ictimai həyatında ciddi strateji hədəf götürdüyünü göstərir. Bütün bunların səbəbini ancaq futbol və idmanda axtarmaq, onunla  məhdudlaşdırmaq sözsüzki sadəlövhlük olar. Bəlkə də daxili və xarici mətbuatın “Traxtur” müsabiqələrinə bu qədər diqqət ayırması, məhz bu mesajın alınması ilə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar