SON XƏBƏRLƏR

Daha bir milli saytımızın istifadəsinə qadağa qoyuldu

2021.10.20, 07:36
Daha bir milli saytımızın istifadəsinə qadağa qoyuldu

Gunaz.tv

Daha bir milli saytımızın istifadəsinə qadağa qoyuldu

 

GünAzTv: İranın Güney Azərbaycanın xəbərlərini öz əhalisinə və dünya ictimaiyyətinə çatdıran Kütləvi İnformasiya Vasitələrinə təzyiqi dəvam edir.

 

İran, 3 il fəaliyyətdən sonra “Güney Azərbaycan təbii və mədəni mirasının müdafiə cəmiyyəti”-nin rəsmi orqani yəni “Ərk qalası veblaqı”-nın istifadəsinə qadağa qoyub(filtr edilib). Artıq İran və Güney Azərbaycanın bütün ərazisində adını çəkdiyimiz veblaqdan istifadə etmək ancaq filtrsındıranla mümkün olacaq.

 

Qeyd edək ki, bu günə qədər “Ərk qalası veblaqı” , Güney Azərbaycanın tarixi-mədəni əsərləri və milli-təbii sərvətləri barədə xəbər çatdırıb. onların İran hakimiyyəti tərəfindən təxrib və məhv edilməsi barədə dəyərli məlumatlar və şəkillər dərc edib. Məhz bu fəaliyyətinə görə, İran hakimiyyətinin qəzəbinə tuş gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar