SON XƏBƏRLƏR

Hökumət rəsmisi: Urmu Gölünün quruması dəvə saxlamaq üçün yaxşı fürsətdir

2021.10.20, 07:36
Hökumət rəsmisi: Urmu Gölünün quruması dəvə saxlamaq üçün yaxşı fürsətdir

Gunaz.tv

Hökumət rəsmisi: Urmu Gölünün quruması dəvə saxlamaq üçün yaxşı fürsətdir

 

GünAzTv: İran hakimiyyəti soydaşlarımızın əsəbi ilə oynayır. Hökumət rəsmisi Urmu Gölünün qurumasını dəvə saxlamaq üçün yaxşı fürsət kimi qiymətləndirib.

 

Şərqi Azərbaycanın kənd Təsərrüfatı üzrə idarəsinin (cəhade keşavərzi) rəsmi şəxsi bəyan edib ki, Urmu Gölünün quruması və buranın iqlim şəraiti dəvə saxlamaq üçün yaxşı fürsət yaradacaq. Artıq bu zəmində hazırlanma işləri gedir.

 

Mənuçehr Bağbani əlavə edib ki, dəvənin çətin şəraitə dözümü və xüsusi qıdaya ehtiyac olmadığına görə, Urmu Gölünün yerində ortaya çıxacaq tikanlarla çoxsaylı dəvə yetirmək mümkündür.

 

Şərhçilərimizin fikricə, O haldakı 2 həftə öncə Gölün qurudulmasına etiraz əlaməti olaraq Azərbaycanlılar tərəfindən  “Urmu Gölü Kampaniyası Dəstək Yığıncağı” keçirildi, Hökumət rəsmisinin belə bir ifadəsi Gölün Qurudulmasına olan şübhələri daha da dərinləşdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar