SON XƏBƏRLƏR

Milli-mədəni fəallar aclıq aksiyasını dayandırıblar

2021.10.20, 07:36
Milli-mədəni fəallar aclıq aksiyasını dayandırıblar

Gunaz.tv

Milli-mədəni fəallar aclıq aksiyasını dayandırıb

 

GünAzTv: Güney Azərbaycanın milli-mədəni fəalları cənab Behruz Əlizadə və Vədud səadəti, həmçinin Azərbaycanlı jurnalist cənab Rəhim Qulami aclıq aksiyasını dayandırıblar.

 

Ərdəbil zindanında məhbus həyatı yaşayan soydaşlarımız 2010-cu il aprel ayının 1-dən (fərvərdinin 12-i) aclıq aksiyasına başlayıblar.

Onlar 12 gün aksiyanı dəvam etdiriblər.

 

Onların aksiyaya başladıqlarının səbəbi zindan məsullarının onlara qarşı təzyiq göstərmələri, bir məhbus kimi ən ibtidai hüquqlardan məhrum olmalarıdır.  

 

Aldığımız məlumata görə, zindan məsulları onlara qarşı olan təzyiqləri dayandıracaqlarına dair söz veriblər və onları zindanın karantinindən 7-ci bəndə köçürüblər. məhz məsulların muvafiq sözündən sonra, soydaşlarımız aclıq aksiyasını dayandırıblar.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəallar 2009-cu il oktyabr ayının 28-dən bəri Ərdəbil zindanında həbs ediliblər.

onlar 1 il həbs cəzasına məhkum olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar