SON XƏBƏRLƏR

Bakiyev ölkəsini tərk edib

2021.10.20, 07:36
Bakiyev ölkəsini tərk edib

Gunaz.tv

Kurmanbek Bakiyev ölkəsini tərk edibGünAzTv: ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın Dövlət Katibi və xarici işlər naziri Kanat Saudabayevin yaydığı bəyanata görə, Prezident Kurmanbek Bakiyev Qırğızıstanı tərk edib.ATƏT-ə hazırda sədrlik edən Qazaxıstan Bakiyevin ölkəni tərk etməsini ABŞ (Amerika Birləşmiş Ştatları) və Rusiya ilə müzakirə etdiklərini deyib.Qırğızıstanın müvəqqəti hökuməti öz legitimliyini elan edib. Bundan əvvəl prezident Kurmanbek Bakiyevin istefa verdiyi məlum olub.

Müvəqqəti hökumət ümid edir ki, Bakiyevin istefası və ölkəni tərk etməsindən sonra münaqişə başa çatacaq.

Bakiyev Qırğıztandan qonşu Qazaxıstana gedib. Müvəqqəti hökumət onun istefa məktubunu imzaladığını bildirib.ABŞ Dövlət Departamenti isə bildirib ki, ABŞ, Rusiya və Qazaxıstan prezientləri Bakiyevin Qırğızıstandan getməsini ötən həftə Vaşinqtonda nüvə sammiti keçirilən zamanı müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar