SON XƏBƏRLƏR

Bu gün “Traxtur”-la “Perspolis” qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün “Traxtur”-la “Perspolis” qarşılaşacaq

Gunaz.tv

Bu gün “Traxtur”-la “Perspolis” qarşılaşacaq

 

GünAzTv: “Traxtur » futbol komandası tərəfdarlarının səbirsizliklə gözlədiyi an çatmaqdadır. Artıq “Traxtur”-un yarışına bir neçə saat qalır.

 

Bu Gün 2010-cu il aprel ayının 16-da (fərvərdinin 27-İ) Təbriz və Güney Azərbaycanı ölkə superliqasında təmsil edən “Traxtur” komandası ilə  Tehranın “perspolis” taxımı arasında yarış keçiriləcək. Artıq hər iki komanda üzvləri müsabiqəyə hazırlaşır.

Müsabiqə Təbrizin Səhənd (yadegare imam) stadiyomunda (Stadion)  Təbriz vaxtı ilə saat 17-də başlayacaq.

 

Stadiyomda (stadion) böyük izdiham gözlənilir. milli komandamızın keçmiş müsabiqələri zamanı stadiyomda yaşanan tamaşaçı izdihamı bunu deməyə əsas verir.

Aldığımız məlumata görə, Azərbaycanın müxtəlif vilayətlərində fəaliyyət göstərən Avtobus şirkətləri artiq Təbriz şəhərinə biletlərin olmadığını bildiriblər. bilet qıtlığı soydaşlarımızın müxtəlif şəhərlərdən Təbrizə gəlib, “Traxtur”-un müsabiqəsini izləmək istəkləri ilə bağlıdır.

 

Xatırladaq ki, ilk dəfə olaraq bu müsabiqədə elektron biletləri istifadəyə veriləcək.

 

 Biletlərin satış yeri:

 Təbriz: Abrəsan, kəmərbəndinin əvvəli, ətraf-mühit idarəsinə çatmamış, iranselin mərkəzi ofisi. 0411-3377007

 

“Traxtur” və “Traxtur” tərəfdarlarına uğurlar arzulayırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar