SON XƏBƏRLƏR

24 Aprel- Bütöv Azərbaycan Gənclər günü qeyd olunacaq

2021.10.20, 07:36
24 Aprel- Bütöv Azərbaycan Gənclər günü qeyd olunacaq

Gunaz.tv

GünAzTv: 24 Aprel- Bütöv Azərbaycan Gənclər günü qeyd olunacaq. Bununla bağlı xüsusi Təşkilat Komitəsi yaradılıb

 

Məlum olduğu kimi 1999-cu ildə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin təşəbbüsü və Bütöv Azərbaycan Gənclər Təşkilatının (BAGT) təşkilatçılığı ilə 40-a yaxın gənclər təşkilatının qərarına əsasən 24 Aprel-Bütöv Azərbaycan Gənclər günü elan edilib. Oncəki illərdə sözü gedən Gənclər Günü geniş səviyyədə qeyd olunsa da son illər bu sahədə fəaliyyət bir az səngimişdir. Bunları nəzərə alaraq bir sıra aydınlar, BAGT- nin keçmiş üzvləri, QHT rəhbərləri və KİV nümayəndələri 24 Aprel-Bütöv Azərbaycan Gənclər Gününün geniş şəkildə qeyd olunması təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüskarlar bu məqsədlə Təşkilat Komitəsi də yaradıblar. Təşkilat Komitəsinə Aydın Mədətoğlu, Mehriban Vəzir, Oqtay Gülalıyev, Rafael Becanov, Araz Aslanlı, Nəsimi Şərəfxanlı, Ruslan İzzətoğlu və digərləri daxildir. Komitənin tərkibi bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər  üçün açıq saxlanılıb.

24 Aprel-Bütöv Azərbaycan Gənclər Gününün qeyd olunması ilə bağlı yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib. İclasda tədbirin təşkili, məruzələr, dəvətlər, yer və digər texniki məsələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. GünAZ TV, “Ölkə”, “Türküstan” qəzeti və digər bir sıra mətbuat orqanları  24 Aprel- Bütöv Azərbaycan Gənclər Gününün qeyd olunması ilə bağlı aparılan kampaniyaya informasiya dəstəyi verir. Artıq GünAz TV Gənclər Günü ilə bağlı geniş veriliş hazırlayıb və verilişin Aprelin 24-də yayımlanması qərara alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar