SON XƏBƏRLƏR

“Urmu Gölü Yığıncağı”-da tutulanlar bir daha ETTELAAT İdarəsinə çağırılıblar

2021.10.20, 07:36
“Urmu Gölü Yığıncağı”-da tutulanlar bir daha ETTELAAT İdarəsinə çağırılıblar

Gunaz.tv

“Urmu Gölü Yığıncağı”-da tutulanlar bir daha ETTELAAT İdarəsinə çağırılıblar

 

GünAzTv: Aprel Ayının 2-də (fərvərdinin 13-ü) “Urmu Gölü Kampaniyası Dəstək Yığıncağı”-da yaxalanıb sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılan soydaşlarımız bir daha ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Urmu news”-a istinadən yaydığı məlumata görə, Azərbaycanın müxtəlif şəhərlərində ETTELAAT əməkdaşları telefon vasitəsi ilə onlarla  əlaqə saxlayıb.

 

ETTELAAT tərəfindən onlara deyilib ki, aprel ayının 16-da (fərvərdinin 27-i) ETTELAAT vəya Polis bölmələrinə müraciət etsinlər.

 

Şərhçilər ETTELAATın bu əməlini aprel ayının 16-da “Traxtur”-la “Perspolis” komandaları arasında oynanacaq müsabiqə ilə əlaqələndirirlər. Beləki  ETTELAAT bununla Azərbaycanlıların “Traxtur” yarışında iştirakının qarşısını almaq istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar