SON XƏBƏRLƏR

Azərbaycanlı öyrəncilər açıq məktub vasitəsi ilə Mahmud Əhmədinəjada müraciət ediblər

2021.10.20, 07:36
Azərbaycanlı öyrəncilər açıq məktub vasitəsi ilə Mahmud Əhmədinəjada müraciət ediblər

Gunaz.tv

Azərbaycanlı öyrəncilər açıq məktub vasitəsi ilə Mahmud Əhmədinəjada müraciət ediblər

 

GünAzTv: Güney Azərbaycanlı öyrəncilər “Azərbaycan” ifadəsini Zəncan və Ərdəbil vilayətlərinin üzərinə (ostanları) qaytarılmasını tələb ediblər. onlar bununla bağlı açıq məktubla İran prezidenti Mahmud Əhmədinəjada müraciət ediblər.

 

Məktubda deyilir ki, tarixi və mədəni adlardan istifadə etmək ölkənin müxtəlif bölgələrində yaşayan insanların hüququdur. Təssüflə bu hüquq Ərdəbil və Zəncan vilayətlərinin türk əhalisinə şamil edilmir. Biz Tehran universitetlərinin türk öyrənciləri olaraq sizdən iki türk vilayətinin üzərinə “Azərbaycan” ifadəsinin qaytarılmasını istəyirik. Siz Azərbaycanın müxtəlif bölgələrində bir məsul kimi yaşayıbsınız. O üzdən bölgə əhalisinin ruhiyyə və həssaslığına tanışsınız.

 

Biz istəyirik ki, bir sərəncam vasitəsi ilə “Azərbaycan”  ifadəsini adını çəkdiyimiz iki vilayətin üzərinə qaytarılmasını təmin edəsiniz. Onlar Cənubi və Şərqi Azərbaycan (hazır ki Şərqi Azərbaycanın adı Mərkəzi Azərbaycana çevrilsin) adlansınlar. Bu şəkildə bu bölgələrin əhalisi də Xorasan vilayəti kimi öz tarixi adları ilə adlansınlar.

 

Təbii ki bu yolda Azərbaycanın İslami Şura Məclisindəki (İran parlamenti) nümayəndələridə sizi dəstəkləyəcəklər.

 

Tehran universitetlərinin Azərbaycanlı öyrənciləri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar