SON XƏBƏRLƏR

Qırğızıstanda yenidən qarşıdurma olub

2021.10.20, 07:36
Qırğızıstanda yenidən qarşıdurma olub

Gunaz.tv

Qırğızıstanda yenidən qarşıdurma olub

 

GünAzTv: Qırğızıstan prezidenti Kurmanbek Bakiyev əleyhdarlarının Oş şəhərində keçirdiyi mitinq zamanı insident baş verib. Yerli mətbuatın məlumatına görə, hadisə yerinə gələn fəaliyyətdə olan prezidentin tərəfdarları vəziyyətin inkişafına təsir göstərə bilməyiblər. “Ferqana.ru” İnformasiya Agentliyinin məlumatına görə, mitinq səhər saatlarından keçirilməyə başlayıb və artıq yekunlaşmaq üzrədir. Tədbir Roza Otunbayevanın rəhbərlik etdiyi müvəqqəti hökumətə tabe olan Oş vilayətinin yeni rəhbərliyi tərəfindən təşkil olunub. Hazırda şəhər meydanında 3 mindən 5 minədək insan var. Yeni hakimiyyətin nümayəndələri tribunadan “antibakiyev” bəyanatları ilə çıxış ediblər. Onlar Bakiyevin rüşvətxorluq, qohumbazlıq və digər nöqsanlarından danışıblar.“Ferqana.ru”nun məlumatına görə, daha sonra hadisə yerinə 9 avtobus və 15 minik maşınında Kurmanbek Bakiyevin silahlı tərəfdarları gəliblər. Prezident tərəfdarları mitinqin keçirildiyi meydana keçməyə cədh göstərsələr də, yeni hakimiyyət tərəfdarları tərəfindən bunun qarşısı alınıb. Saytın yazdığına görə, ərazidə yaranan gərginliyə milis işçilərinin havaya atəş açması son qoyub. Məhz bundan sonra prezident tərəfdarları hadisə yerini tərk ediblər. Rusiya mətbuatının yaydığı xəbərə görə isə müvəqqəti hökumət və Bakiyev tərəfdarları arasında dava düşüb, havaya atəş açılıb. Bakiyevin hazırda hadisə yerində olduğu bildirilir. ANS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar