SON XƏBƏRLƏR

Aşura günü aksiyasında tutuqlanmış xanım edam cəzasına məhkum edilib

2021.10.20, 07:36
Aşura günü aksiyasında tutuqlanmış xanım edam cəzasına məhkum edilib

Gunaz.tv

Aşura günü aksiyasında tutuqlanmış xanım edam cəzasına məhkum edilib

 

GünAzTv: İranda Aşura günü baş vermiş iğtişaşlarda həbs edilmiş xanım Mütəhhərə Bəhrami edam cəzasına məhkum olunub. Bu barədə "kaleme.com" saytı məlumat yayıb.

 

Məlumata görə, hazırda həmin qadın apelyasiya şikayəti verib və iş apelyasiya məhkəməsindədir. Mütəhhərə Bəhrami Aşura günü baş vermiş iğtişaşlar zamanı əri Möhsün Daneşvər, oğlu Mehdi Daneşvər və rəfiqəsi Reyhanə Haj İbrahimi ilə birlikdə həbs olunub. O, İran əleyhinə qruplaşmalarla əlaqələr yaratmaqda ittiham olunur.Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasətlə məşğul olan şəxslərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar