İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
İrana qarşı yeni sanksiyaların vaxtı çatıb
GünAzTv: İran ordusunun quru qüvvələri komandanı Əhmədrza Purdəstan aprelin 14-də jurnalistlərə açıqlamasında silahlı qüvvələrin hər hansı xarici təhdid və hücuma cavab verməyə hazır olduğunu bildirib: "Mən İran İslam Respublikası silahlı qüvvələrinin bir əsgəri kimi xalqı əmin edirəm ki, silahlı qüvvələrimiz yüksək gücə malikdir. Elə buna görə də heç bir xarici təhdid şanlı xalqımızı hədəf ala bilməz. Bu gün silahlı qüvvələrimiz yerdə, havada və dənizdə hər bir hücumun qarşısını almaq gücündədir".İranın xarici işlər naziri Manuçöhr Müttəki isə ABŞ prezidenti Barak Obamanı pisləyib. Müttaki ABŞ prezidentinin İrana qarşı son mövqeyinə toxunaraq Obamanın odla oynadığını vurğulayıb: "Obama hakimiyyətə gələndə elə görünürdü ki, siyasi şahmat taxtasında fiqurları dəyişərək müsbət bir hərəkətə başlayır. Amma onun İrana qarşı son hərəkəti göstərdi ki, artıq odla oynayır. Obama başlatdığı yeni hərəkətlə mat olmağa doğru gedir". Obama ötən həftə jurnalistlərə açıqlamasında demişdi ki, ABŞ nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadə etməyəcək: "Amma nüvə silahlarının yayılmamasına dair beynəlxalq müqavilələri ardıcıl pozan İran və Şimali Koreya istisnadır. Onlar potensial nüvə hücumlarının hədəfindədir. Mən ABŞ xalqının təhlükəsizliyini qorumaq üçün lazım olan bütün seçimlərdən faydalanacağam".Qeyd edək ki, İran XİN rəhbəri Manuçöhr Müttəki nüvə silahının yayılmaması haqqında müqavilə (NSYM) iştirakçılarının konfransında iştirak üçün Nyu-Yorka gələcək. Konfransda məqsəd müqaviləyə yenidən baxılmasıdır. Bunu İran XİN rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Məhəmmədmehdi Axundzadə deyib. Səfər zamanı Müttəkini bu məsələ üzrə ekspertlər müşahidə edəcək.Barak Obama isə İrana qarşı yeni sərt sanksiyalar tətbiqinin vacibliyinə şübhə etmir. O, Vaşinqtonda keçirilən nüvə sammitinin yekunlarına dair mətbuat konfransında bu mövqeyini açıqlayıb: "İrana qarşı yeni sanksiyaların tətbiqi prosesini aylarla uzatmaq bizim marağımızda deyil". ABŞ prezidenti bildirib ki, nüvə proqramı hazırlayan İran hələ də əməkdaşlığa hazırlıq nümayiş etdirmir və yeni sərt sanksiyalara məruz qalacaq. Bununla belə, Barak Obamanın sözlərinə görə, Tehranın dinc nüvə proqramına malik olmaq hüququ var. Amma beynəlxalq ictimaiyyət bu proqramın dinc xarakterliliyinə əmin olmalıdır. Barak Obama məlumat verib ki, Çin İrana qarşı sanksiyaların tətbiqinə razı olsa da, bu tədbirlərin iqtisadi effektindən narahatdır: "İran neft ixracatçısıdır və dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələrə malikdir. Amma dünya ictimaiyyəti getdikcə daha çox əmin olur ki, İranın nüvə proqramı adi çərçivədən çıxır".Fransa prezidenti Nikola Sarkozi Vaşinqtonda nüvə təhlükəsizliyi sammitindən sonra keçirilən mətbuat konfransında deyib: "İrana qarşı yeni sanksiyalar bu ilin aprel-may aylarında tətbiq edilməlidir". Fransanın dövlət başçısınə görə, sanksiyalar maydan o yana keçməməlidir. Çünki "həqiqət anı yetişib". Nikola Sarkozinin sözlərinə görə, nüvə təhlükəsizliyi sammitində daha çox İranın nüvə proqramı məsələsi müzakirə olunub. Fransa prezidenti terrorçulara nüvə komponentlərini ötürən ölkələrinin məhkəmə təqibini də təklif edib. Onun fikrincə, nüvə cinayətləri ilə bağlı xüsusi məhkəmə yaradılmalı, ya da mövcud Beynəlxalq Cinayət Məhkəməsinin statusu genişləndirilməlidir. Fransa liderinin sözlərinə görə, ABŞ prezidenti Barak Obama da bu təklifi faydalı hesab edir. Birləşmiş Ştatlar prezidenti BMT-nin baş katibi ilə birlikdə müvafiq layihənin hazırlanmasında iştirak etməyə razılıq verib. Qeyd edək ki, nüvə proqramı İranda iqtisadi islahatların keçirilməsinə də problem yaradır. Ölkənin neft naziri Məsud Mirkazımi bildirib ki, sənayenin müasirləşdirilməsi üçün yaxın 5 ildə İrana 200 milyard dollar sərmayə lazımdır. "İran Daily"yə müsahibəsində o, neft, qaz, neftayırma sənayesinin xarici sərmayəyə daha çox ehtiyacı olduğunu söyləyib. Onun sözlərinə görə, yatırımın yoxluğu və ya azlığı istehsalın həcminə nəzərə çarpacaq dərəcədə təsir göstərə bilər. Nazirin sözlərinə görə, neft və qaz hasil olunan yataqların istismarı yaxın bir neçə ilə başa çatacaq, yeni yataqların kəşfi, eləcə də işlənilməsi üçün maliyyə vəsaiti yetərincə deyil. Vəziyyətdən çıxış yolunu Tehran hakimiyyəti bir zamanlar milliləşdirdiyi, habelə şah rejimindən qalma müəssisələrin özəlləşdirilməsində görür. İranın özəlləşdirmə üzrə dövlət qurumunun sədr müavini Mehdi Oqatai bildirib ki, ötən il 500-dən artıq dövlət müəssisəsi xüsusiləşdirilib. İran rəhbərliyi düşünür ki, bu əməliyyat nəticəsində 12,5 milyard dollar qazanacaq. Müavinin sözlərinə görə, 2011-ci ilin martınadək daha 524 dövlət müəssisəsi özəlləşdiriləcək. Bu iqtisadi əməliyyat hərrac, tender və başqa üsullarla gerçəkləşdiriləcək. Oqatai deyib ki, ilk növbədə dövlət müəssisələrindən Bəndər-Abbas və Abadan neftayırma kombinatları Tehrandakı fond birjasına çıxarılacaq. İranın neft naziri Məsud Mirkazımi bəyanlayıb ki, ölkədəki bütün neftayırma və neft-kimya müəssisələrini özəlləşdirmək niyyətləri ciddidir. Bu sahə, eləcə də mühəndis-texniki və buruq şirkətləri də bütünlüklə özəl sektora satılacaq. Xatırladaq ki, bu günlərdə dünyanın bir sıra şirkətləri İrana benzin satmayacağını bildirib. ABŞ sanksiyalarına etinasızlıqda adı çəkilən Hollandiyanın "Şell" neft şirkəti İrana neft ixracını dayandırdığını deyib: "Biz artıq İrana benzin satmırıq". O, bu addımın səbəbini söyləməyib. Ancaq bunun ABŞ-ın bəlli yasağıyla əlaqəsi olduğu ehtimal edilir. "Şell" lə yanaşı daha üç böyük şirkət - "Vitol", "Trafiqura" və "Glinkor" da İrana benzin ixracını dayandırdıqlarını və yanacaq satışının siyasi baxımdan riskli olduğunu bildirib. İranın gündəlik benzin ehtiyacı 65 milyon litrdir, bunun 22 milyon litri idxal hesabına ödənilir. Ötən ay Rusiyanın "LUKoyl" neft-qaz şirkəti də İranın "Anaran" adlı neft layihəsindən çıxıb. Bu addım şirkətə 63 milyon ziyan vuracaq. Çünki layihədə "LUKoyl"un payına 20 faiz düşür. Qalanı isə Norveçin "Statoyl"undur. Məlumatlara əsasən norveçlilər də layihədə fəaliyyətini dondurub. Hindistanın ən böyük neftayırma şirkəti - "Reliance" İrandan neft idxalını dayandırdığını açıqlayıb. Şirkət rəsmiləri bildirib ki, bu il başlayandan İrandan neft idxal etməyib və bu ölkə ilə bağlanan müqavilənin müddətini uzatmayacaq. Onlar məsələnin mahiyyəti haqda açıqlama verməsə də, mütəxəssisləri bunun İrana qarşı məlum sanksiya ilə əlaqəsi olduğunu istisna saymırlar. İranın uyğun qurumunun təmsilçisi isə məsələnin ölkəsinə qarşı qadağa ilə bağlı olması sualından yayınıb. O, bunu neftin bahalaşması ilə əlaqədar olduğunu bildirib. Məlumata görə, "Reliance" ötən il İrandan hər gün 100 min barel həcmində neft idxal edib. Beynəlxalq iqtisadi sanksiyalar, ölkədə sabit və təminatlı olmayan siyasi, iqtisadi və sosial vəziyyət özəlləşdirmənin gerçəkləşməsində ciddi problemlər yaradır. Bu sayaq amillərə maliyyə böhranı da əlavə edilsə, İran iqtisadiyyatının günü-gündən ağırlaşdığını ehtimal etmək olar. Bundan başqa, xaricdən gətirilən mallar ölkədə istehsal olunanlardan ucuz başa gəldiyindən belə müəssisələr ziyanla işləyir. Odur ki, dövlətdən kredit alan həmin qurumlar da məhsul istehsal etməkdənsə, xaricdən mal alıb ölkədə satmağa üstünlük verir. Bu isə son nəticədə işsizliyin artması ilə müşahidə olunur.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu