İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Elçin Mirzəbəyli: "Fars rejimi ultramillətçi olduğundan, öz millətinin yaşadığı ərazidə heç zaman nüvə sınağı keçirməz"
GünAzTv: Həmişə özünəməxsus fikirlərilə gündəmə gələn İran prezidenti Mahmud Əhmədinejad bu dəfə iddia edib ki, zəlzələ təhlükəsilə əlaqədar olaraq, paytaxt Tehrandan 5 milyona yaxın insanın şəhəri tərk etməsinə zərurət yaranıb. Mətbuatın yazdığına görə, o, Tehranda şiddətli zəlzələ ola biləcəyini bəyan edib. Buna görə də paytaxtdan 5 milyon insanın göçürülməsinin vacibliyini qabartmağa çalışıb: "İnsanlara şəhəri tərk etməyi əmr edə bilmərik. Ancaq zəlzələyə hazırlıq görülməlidir. Ən azı 5 milyon insan şəhəri tərk etməlidir ki, faciə zamanı adam az olsun və şəhəri idarə etmək asanlaşsın. Zəlzələnin nə vaxt baş verəcəyini təxmin edə bilmərik. Lakin 13,8 milyon adamın yaşadığı Tehranda bir şey baş verərsə, vəziyyətdən necə çıxarıq?" Həqiqətən də, Tehran seysmik cəhətdən zəlzələnin baş vermə ehtimalı böyük olan ərazidədir. Amma Əhmədinejadın fikirlərindən açıq-aydın görünür ki, molla rejiminin paytaxtdan 5 milyon insanı köçürmək israrının arxasında heç də əhalinin təhlükəsizliyini təmin etmək deyil, başqa-başqa məqsədlər durur. Belə ki, güclü zəlzələ olarsa, ərazidə 5 milyon və yaxud da 100 min insanın yaşamasının mənası yoxdur. Təlafat gözlənilirsə, insanın iradəsindən asılı olmayaraq bu baş verəcək. Digər tərəfdən, zəlzələnin baş verəcəyini qabaqcadan müəyyənləşdirmək hələlik heç kimə qismət olmayıb. Hətta mütəxəssislər də bunu dəqiqləşdirə bilmir. Belə olduğu halda, Əhmədinejadın zəlzələ ehtimalından danışması nə deməkdir? Ona görə də prezidentin açıqlamasında siyasi amillərin olduğu sezilməkdədir. Bildiyimiz kimi, İran, dünya ictimaiyyətinin etirazlarına baxmayaraq, nüvə silahına malik olmağa çalışır. Onun son illərdəki fəaliyyətinin başlıca meyarı məhz bundan ibarətdir. Ehtimallara görə, Tehran rəsmiləri əldə etməyə çalışdığı nüvə silahının yeraltı sınaqlarını məhz paytaxt yaxınlığında keçirmək niyyətindədir. Sözügedən ərazinin seysmik cəhətdən təhlükəli zona olması səbəbindən də çalışır ki, burada mümkün qədər az insan məskunlaşsın. Başqa bir tərəfdən, son prezident seçkiləri göstərdi ki, indiki hakimiyyətin paytaxtda dayaqları elə də güclü deyil. Belə ki, Tehran əhalisinin əksəriyyəti seçkilərdə müxalifət nümayəndəsinə səs vermişdi. Ehtimal ki, Əhmədinejadın arxasında dayananlar bu təhlükəni də nəzərə alaraq paytaxtın müxalif meylli sakinlərinin mümkün qədər ucqar ərazilərə səpələnməsinə hesablanmış plan hazırlayıb. Bunun üçün də 5 milyon məsələsini qabardırlar ki, bu yolla Tehranda müxalifətin mövqeyinin zəiflədilməsinə nail olsunlar. Digər ehtimal isə İranda yaşayan azərbaycanlılarla bağlı ola bilər. Bildiyimiz kimi, Tehranın 13 milyondan artıq sakininin böyük qismi, 60 faizə qədəri soydaşlarımızdan ibarətdir. Ölkədə hakimiyyət əleyhinə baş verən hər hansı çıxışda azərbaycanlılar adətən aktiv iştirak edib. Onlar, demək olar ki, həmişə hadisələrin mərkəzində olublar. Bu mənada, görünür, paytaxtda azərbaycanlıların əksəriyyət təşkil etməsinin özü də rejimi əndişələndirib. Həmin səbəbdən də hakimiyyət, köçürmə bəhanəsilə, əsasən məhz qeyri-farsları paytaxtdan uzaqlaşdırmağı düşünür. Görəsən, sadaladığımız bu ehtimallar nə dərəcədə realdır və ya bunlardan hansı həqiqətə daha yaxındır? Azərbaycanın Tehrandakı keçmir səfiri Əlyar Səfərlinin fikrincə, Əhmədinejadın fikirlərinin arxasında azərbaycanlıların paytaxtdan sıxışdırılmasına hesablanan addım durur: "İran prezidentinin dediyi bu fikirlər tamamilə saxtakarlıqdır, avantüranın nəticəsidir. Tehranda 8-9 milyon arası azərbaycanlı yaşayır. İran çox qarmaqarışıq yerdir. Xalq rejimə qarşı açıq mübarizə aparmaqdadır. Artıq xalqın narazılığı sümüyə dirənib. Ona görə də rejim qorxuya düşüb, ehtiyat etməyə başlayıblar. Bu səbəbdən də paytaxtdan soydaşlarımızı kənarlaşdırmağa, onları ölkənin şoran yerlərinə yerləşdirməklə mərkəzdən uzaqlaşdırmağa çalışırlar. Tehran rəsmiləri Bakı ilə İran arasında vizanı ləğv etməklə milyonlarla insanı ölkəmizə ixrac etmək və bununla Azərbaycanda qarmaqarışıq vəziyyətin yaradılmasında maraqlıdır. Bununla onların Azərbaycanda da İslam inqilabına rəvac verməyə meylli olduğu görünür. Bütün bunlara görə aktiv insanlar olan azərbaycanlıları Tehrandan kənarlaşdırmağı düşünüblər. Əhmədinejad alim, ziyalı olmadığından, Tehranda zəlzələnin nə vaxt olub-olmadığını deyə bilməz. Ümumiyyətlə, bunu qabaqcadan müəyyənləşdirmək qeyri-mümkündür. Əhmədinejad özünü münəccim kimi göstərir, onun bu kimi əməlləri qondarma işdir. Burada siyasi təxribatın olduğu istisna deyil. Onun əsasında da qeyri-fars xalqlarını Tehrandan yavaş-yavaş uzaqlaşdırmağa çalışarlar. Çünki mərkəzdə qeyri-farsların yaşaması, rejimə görə, onlar üçün təhlükə mənbəyidir. Bu işlə rejim hələ İslam inqilabı dövründən məşğul olmağa başlayıb. Tehrandakı iqtisadiyyatın, ticarətin 70-80 faizi azərbaycan türklərinin əlindədir. Tehranın həyatı bu bazardan çox asılıdır". BAXCP sədrinin müavini Elçin Mirzəbəyli düşünür ki, açıqlamanın əsasında hakimiyyətin əks fikirdə olanlardan çəkinməsi dayanır: "Belə hal molla rejimi siyasətçilərinin ənənəsinə uyğun bir xüsusiyyətdir. Vaxtilə İngiltərədən tacirlər İrana satmaq üçün qənd gətirib. Onun haqqı mollalara verilmədiyindən, ruhanilərdən biri Tehranda cümə namazında qalxaraq bildirib ki, kafir qəndi olduğundan, bunu yemək haramdır. O gündən də həmin qəndi heç kim almır. Sonda tacirlər məcbur olub, axunda da "görüb-baxım" edirlər. Ardınca molla yenidən gümbəzə qalxaraq elan edir ki, həmin qəndin çayla içilməsinin yolu tapılıb. Qəndi çayın içinə saldıqda o qüsl olur, yəni təmizlənir, sonra isə yemək olar. Əhmədinejadın açıqlaması da təxminən buna bənzəyir. İran prezidenti indi də sinoptik kimi çıxış edərək iddia edir ki, paytaxtdan 5 milyon insan köçürülməlidir. Təbii ki, hakimiyyətdə narahatlıq yaranıb. Çünki siyasi proseslər əsasən Tehranda cərəyan edir, bu baxımdan da paytaxt sakinləri daha böyük aktivlik nümayiş etdirir. Şəhərə başqa zonalardan gələn insanlar da əsasən siyasi cəhətdən aktiv vətəndaşlardır. Bu baxımdan da rejim zəlzələ bəhanəsilə insanlarda xof yaratmağı düşünür. Belədə müəyən müddət ərzində insanları basqı altında saxlamağa, bununla da onlarda psixoloji problemlər yaratmağa çalışırlar". Lakin həmsöhbətimiz burada yeraltı nüvə sınaqlarının keçirilə biləcəyi və 5 milyon sakinin köçürülmə fikrinin də məhz bununla bağlı olduğuna inanmır: "Bu ehtimal doğru deyil. Fars rejimi həddindən artıq ultramillətçi olduğundan, öz millətinin yaşadığı ərazilərdə heç zaman nüvə sınağı keçirməz. Bu olacaqsa, digər xalqların yaşadığı ərazilərdə baş verəcək. Bunu qətiyyətlə bildirirəm. Ona görə də həmin versiya istisnadır. Digər tərəfdən, İranın elə bir potensialı yoxdur ki, nüvə partlayışı həyata keçirə bilsin. Onlar imkanlarını on dəfələrlə şişirdir. Burada siyasi məqsədlər var". E.Mirzəbəyli bildirdi ki, sosial problemlər də prezident tərəfindən belə açıqlamalara səbəb ola bilər: "Tehranda böyük sıxlıq yaranıb. Əhalinin sayı 20 milyona çatır. Belədə əhalinin ərzaqla təminatı, nəqliyyat məsələsində böyük problemləri yaranıb". O da deyilən fikirlərin əsasında azərbaycanlıların mərkəzdən sıxışdırılmasının dura biləcəyini istisna etmir: "Bu fakt çoxdan var. Onu da nəzarə almaq lazımdır ki, Tehranda əksər ticarət obyektlərinin sahibləri də azərbaycan türküdür. Azərbaycanlıların sayının azaldılması niyyəti gözləniləndir. Amma onun effekt verəcəyinə inanmıram. Çünki bizim camaat adətən belə məsələlərdə digərlərinə nisbətən daha dözümlü olur. Onlar Əhmədinejadın açıqlamasına inansa, ən sonuncu inananlardan olacaq. baki-xeber
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu