SON XƏBƏRLƏR

İranla əməkdaşlığı dayandıran şirkətlərin siyahisi genişlənir

2021.10.20, 07:36
İranla əməkdaşlığı dayandıran şirkətlərin siyahisi genişlənir

Gunaz.tv

İranla əməkdaşlığı dayandıran şirkətlərin siyahisi genişlənir

 

GünAzTv: Almaniyanın məşhur avtomobil şirkəti “Daimler”in rəhbəri Diter Zetsçe aprelin 14-də jurnalistlərə açıqlamasında İranla əməkdaşlığı dayandırdıqlarını bildirib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, İrana nəqliyyat vasitələrinin ixracından imtinanı “Daimler”in rəhbəri belə izah edib: “İran rəhbərliyinin yeritdiyi siyasət bizi bu ölkə ilə ticarət əlaqələrimizə yenidən baxmağa məcbur etdi. Qəbul etdiyimiz qərar İran xalqına qarşı deyil. Bizim İranla əməkdaşlığımız bundan sonra yalnız əvvəlki müqavilələrdə üzərimizə götürdüyümüz öhdəliklərə məhdudlaşacaq”.

 

“Daimler” İranın dizel mühərriklərinin istehsalı ilə məşğul olan “İdem” şirkətindəki 30 faiz payını satışa çıxaracağını da açıqlayıb.

 

Almaniya apardığı nüvə fəaliyyətlərinə görə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) ilə birlikdə İrana qarşı təzyiqləri gücləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar