SON XƏBƏRLƏR

Çində baş verən zəlzələdə ölənlərin sayı getdikcə artır

2021.10.20, 07:36
Çində baş verən zəlzələdə ölənlərin sayı getdikcə artır

Gunaz.tv

Çində baş verən zəlzələdə ölənlərin sayı getdikcə artır

 

GünAzTv: Çinin şimal-qərb əyaləti Çinxayda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb. Bu barədə SİA “Sinxua” agentliyinə istinadən xəbər yayıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı 10 mini ötüb. Buna qədər isə fəlakətin baş verdiyi dağıntılar altından 900 nəfərin sağ çıxarıldığı barədə xəbər verilirdi. Bildirilir ki, zəlzələnin baş verdiyi yerdə 5000-dən çox xilasedici çalışır. Əməliyyata Çinin müxtəlif əyalətlərindən gələn minlərlə xilasedici dəstək verir.

Çin hökuməti axtarış tədbirlərinə 29,3 milyard dollar ayırıb. Məlumat üçün bildirək ki, təbii fəlakət aprelin 14-də 7,1 bal gücündə yerli vaxtla 7:49 radələrində baş verib. Zəlzələnin epimərkəzi Holmund şəhərindən 380 kilometr aralıda olub. Təbii fəlakətdən ən çox ziyan çəkən isə Tszequ şəhəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar