SON XƏBƏRLƏR

Azərbaycanlı zabit İran ordusundan qovuldu

2021.10.20, 07:36
Azərbaycanlı zabit İran ordusundan qovuldu

Gunaz.tv

Azərbaycanlı zabit İran ordusundan qovuldu

 

GünAzTv: Güney Azərbaycanlı zabit Firuz Yusifi milli-mədəni fəaliyyətləri olduğu iddiası ilə, İran ordusundan qovulub.

 

“Ordu üzvlərinin qanunsuz hərəkətlərini yoxlayan Komissiya (komisiyon)” 2010-cu il mart ayının 3-də (1388-ci il isfənd ayının 12-i) zabit Yusifi haqqında hökm çıxarıb. Hökmdə yusifinin işdən azad edilməsinə (ixrac edilmə) dair səbəblərə işarə olunub. O separatçıqruplarla əməkdaşlıq, milli təhlükəsizliyin əleyhinə fəaliyyət və pantürkizm düşüncəsini Tehran və Marağa şəhərlərində yaymaqda ittiham edilib.

 

Adını çəkdiyimiz soydaşımızın dosyası, ordu təhlükəsizlik şöbəsinin təklifi ilə, “Ordu üzvlərinin qanunsuz hərəkətlərini yoxlayan Komissiya (komisiyon)” tərəfindən yoxlanılıb. Nəticə də Komissiya (komisiyon) Yusifinin işdən çıxarılmasına qərar verib.

 

Xatırladaq ki, Firuz Yusifi Azərbaycanın milli-mədəni fəallarından biridir. O 2008-ci ildə Tehranda keçirilən Milli Sərdar Sattarxan törənində iştirakı və türkcə yazılmış yeni ili qutlayan kartları yaydığı üçün, Marağa şəhərində saxlanılmışdı.

 

O hazırda mülki vəsiqə qarşığında müvəqqəti olaraq azadlığa buraxılıb. Ancaq Tehran və Marağa şəhərlərinin İnqilab məhkəməsi onun dosyası ilə məşquldur. Hələlik bu haqda hökm çıxarılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar