SON XƏBƏRLƏR

Təbrizdə "kişi Aparteidi" (Kişi Apartaydı) adlı sərgi keçirilib

2021.10.20, 07:36
Təbrizdə "kişi Aparteidi" (Kişi Apartaydı) adlı sərgi keçirilib

Gunaz.tv

Təbrizdə “Kişi Apartaydı” adlı sərgi keçirilib

 

GünAzTv mətbuat mərkəzinin “savalan səsi”-nə istinadən yaydığı məlumata görə, Təbrizdə İlk dəfə olaraq “Kişi Apartaydı” adlı feminist sərgisi nümayiş etdirilib. Sərginin təşəbbüskarı Təbriz azad universitetinin vəhdət kanunu olub.

Sərgi aprelin 10-dan 14-ə qədər keçirilib.

 

Diqqətə layiq məqam ondan ibarətdir ki, Təbriz tarixində belə bir sərgi keçirilməyib. o üzdən bu sərgi öz növündə keçirilmiş ilk sərgi olub.

 

İkinci məqam ondan ibarətdir ki, İran hakimiyyətinin bu qədər basqısı altında belə bir sərginin keçirilməsi qırmızı xətti keçmək deməkdir.

 

Bu yöndə İran hakimiyyətinə yaxın qüvvələr artıq müxalif mövqelərini nümayiş etdiriblər. örnək olaraq bəzi saytlarda Öyrənci Bəsicinə aid  (Hökümət tərəfdarları – yarım silahlı qüvvələr), “azad universitetində  feminist hərəkatı” adlı yazı dərc olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar