SON XƏBƏRLƏR

“Traxtur” və “Qalatasaray” yoldaşlıq görüşünə hazırlaşırlar

2021.10.20, 07:36
“Traxtur” və “Qalatasaray” yoldaşlıq görüşünə hazırlaşırlar

Gunaz.tv

“Traxtur” və “Qalatasaray” yoldaşlıq görüşünə hazırlaşırlar

 

GünAzTv: Təbrizin “Traxtur” futbol klubunun rəsmisi Mehdi Şirazi bildirib ki, “Qalatasaray” futbol klubunun İdarə Heyətinin 3 üzvünün Təbrizə gedəcəyi açıqlanıb. Mehdi Şirazi bildirib ki, “Traxtur” və “Qalatasaray” komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi təklifinə “Qalatasaray” klubunun rəhbərliyi müsbət baxıb: “İlkin razılıq var. “Qalatasaray” klubunun İdarə Heyətinin 3 üzvü bu həftənin cümə günü Təbrizə gələcək”.Mehdi Şirazi deyib ki, “Qalatasaray” UEFA kubokunu alan böyük bir komandadır və yoldaşlıq görüşü həm “Traxtur”, həm də ümumən İran futboluna böyük fayda verəcək. Yoldaşlıq görüşünün vaxtı “Qalatasaray” İdarə Heyətinin üzvləri ilə görüşdən sonra dəqiqləşəcək: “Qonaqlarımız cümə günü Təbrizdə “Traxtur” və “Perspolis” komandaları arasındakı oyunu da izləyəcəklər”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar