SON XƏBƏRLƏR

Bu gün Əmir Kəbir biliyurdunda Ustad Şəhriyar anılacaq

2021.10.20, 07:36
Bu gün Əmir Kəbir biliyurdunda Ustad Şəhriyar anılacaq

Gunaz.tv

Bu gün Əmir Kəbir biliyurdunda Ustad Şəhriyar anılacaq

 

GünAzTv: Bu gün Əmir Kəbir biliyurdunun (universitet) ədəbi ocağının təşəbbüsü ilə biliyurdun mərkəzi amfiteatrında saat 16-dan 19-a qədər Azərbaycanın unudulmaz Şairi Ustad Şəhriyarın ağırlama qurultayı keçiriləcək.

 

GünAzTv mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, Azərbaycanlı Öyrəncilərin yardımı ilə keçiriləcək  qurultayda ustadın türkcə şeirləri və yaradıcılığı haqqında danışıqlar təqdim olunacaq.

 

Həmçinin şeirlər oxunub, sonda isə peşəkar qruplar tərəfindən Azərbaycanın Aşıq və Muğam musiqisi ifa olunacaq.

 

Qeyd edək ki, Tehran biliyurdlarının türk öyrəncilərinin qatılacağı törəndə,  türk kitablarıda sərgilənəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar