SON XƏBƏRLƏR

Obamanın Qarabağ sözü...

2021.10.20, 07:36
Obamanın Qarabağ sözü...

Gunaz.tv

Obamanın Qarabağ sözü...

 

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları)  prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Dağlıq Qarabağ münaqişəsinə dair söz verib. Bu barədə SİA Türk mətbuatına istinadən xəbər yayıb.

 

Ağ Evin rəhbəri Barak Obama türkiyəli baş nazir Ərdoğana Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində köməklik göstərəcəyini deyib: “Mən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimdən gələni edəcəyəm. Hesab edirəm ki, problemin həlli üçün ATƏT-in Minsk qrupunun fəallığını artırması da vacibdir”.

 

“Hüriyyət” qəzetində verilən xəbərə görə isə tərəflər Ermənistan-Türkiyə münasibətlərinin həllinə dair «yol xəritəsi»nin hazırlanması ilə bağlı da razılaşma əldə ediblər. Razılaşmaya əsasən, «yol xəritəsi»nə Dağlıq Qarabağ problemilə bağlı məqam da salınacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar