SON XƏBƏRLƏR

İran Amerikadan rəsmən şikayət etdi

2021.10.20, 07:36
İran Amerikadan rəsmən şikayət etdi

Gunaz.tv

İran Amerikadan rəsmən şikayət etdi

 

GünAzTv: İran "ABŞ (Amerika Birləşmiş Ştatları) tərəfindən hücüm təhdidi"nin olunması ilə əlaqədar BMT-yə rəsmi şikayət edib. "ABŞ İranın nüvə silahına malik olduğunu düşünür, bu isə BMT-nin Nizamnaməsinin birbaşa olaraq pozulması deməkdir". Bu barədə Press TV məlumat verir.BMT-nin Baş katibi Pan Gi Munun, Təhlükəsizlik Şurasının və Baş Assambleyanın prezidentlərinə göndərilən məktubda İranın təşkilatdakı səfiri Məhəmməd Xəzai bildirib ki, ABŞ təhdidləri özündə "nüvə şantajı" əks etdirir.

 

Səfir həmçinin bildirib ki, Tehran qətiyyətlə "Amerika nümayəndələrinin hədələyici şərhlərinə", eyni zamanda, ABŞ-ın yeni nüvə strategiyasında İrana qarşı yönələn ittihamlara qarşı çıxır.

 

Ötən həftə Amerika Prezidenti Barak Obama terror təhlükəsi və nüvə silahının yayılmasına müqavimət göstərilməsini Birləşmiş Ştatların nüvə doktrinasının əsas prioriteti qismində təsdiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar