SON XƏBƏRLƏR

İran üçün qara xəbər: Amerika Çini yola gətirib

2021.10.20, 07:36
İran üçün qara xəbər: Amerika Çini yola gətirib

Gunaz.tv

Rəsmi Pekin: Çin İrana dair diplomatiya baş tutmasa, sanksiyaların mümkün tətbiqinə dəstək verəcək

 

GünAzTv: Çin Xarici İşlər nazirliyinin sözçüsü Tsianq Yu deyib ki, Çin İranla dialoqun davam etdirilməsini istəyir, lakin diplomatiya baş tutmasa, sanksiyaların mümkün tətbiqinə dəstək verəcək.

 

Çin bildirir ki, rəsmi Pekin BMT-nin İranın nüvə sahəsində həssas fəaliyyəti ilə əlaqədar iki istiqamətdə apardığı strategiyanı dəstəkləyir.

 

Xarici İşlər nazirliyinin sözçüsü Tsianq Yu deyib ki, Çin İranla dialoqun davam etdirilməsini istəyir, lakin diplomatiya baş tutmasa, sanksiyaların mümkün tətbiqinə dəstək verəcək.  Bununla belə sözçü əlavə edib ki, Çin təkcə təzyiq və sankiyalarla İranın mübahisəli nüvə proqramı ətrafında yaranmış beynəlxalq qarşıdurmanın həll olunacağına inanmır.

 

İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün Çinin ABŞ-ın başçılığı ilə yeni sanksiyarlara dəstək verəcəyilə bağlı şübhələrini ifadə edib. O deyib ki, İran Çin Xarici İşlər nazirliyinin sözçüsünün açıqlamalarını başqa şəkildə qəbul edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar