SON XƏBƏRLƏR

Polşa deputatı Kaçinskinin ölümündə Rusiyanın barmağı olduğunu deyib

2021.10.20, 07:36
Polşa deputatı Kaçinskinin ölümündə Rusiyanın barmağı olduğunu deyib

Gunaz.tv

Polşa deputatı Kaçinskinin ölümündə Rusiyanın barmağı olduğunu deyib

 

GünAzTv: Polşa seyminin deputatı Artur Qorski baş vermiş aviaqəzaya görə Rusiyanı ittiham edib

 Aprelin 10-da Aviaqəza zamanı tanınmaz hala düşmüş Kaçinskinin cəsədini qəzadan dərhal sonra qardaşı Yaroslav tanısa da, Mariya Kaçinskayanın cəsədini yalnız aprelin 12-də tanımaq mümkün olub və dünən onun qalıqları Varşavaya gətirilib. Hazırda prezident Kaçinski ilə vida mərasimi davam edir.

Xatırladaq ki, aprelin 10-da L.Kaçinski Katın şəhərində Polşa zabitlərinin güllələnməsi ilə bağlı matəm tədbirlərində iştirak etmək üçün Smolenskə uçarkən qəzaya uğrayıb. Təyyarənin pilotlar da daxil olmaqla 96 nəfərlik heyətindən heç kim sağ qalmayıb. Təyyarə sıx duman şəraitində eniş həyata keçirərkən ağacların başına ilişərək nəzarətdən çıxıb və yerə çırpılaraq partlayıb.

Bu arada Polşa seyminin deputatı Artur Qorski baş vermiş aviaqəzaya görə Rusiyanı ittiham edib. Mətbuata verdiyi açıqlamada deputat bildirib: «Rusiyanın hakimiyyət orqanları təyyarənin enməsinə dörd dəfə qəsdən icazə verməyiblər ki, Kaçinskinin mərasimlərdə iştirakına mane olsunlar… Təyyarə eniş cəhdini ona görə dövrd dəfə həyata keçirməli olub ki, hər dəfə Rusiya dispetçerləri enməyə qadağa qoyublar. Onlar prezident Kaçinskini Minsk və ya Moskvaya göndərməyə çalışıblar. Guya aeroport üzərində duman olub, bərpa işləri üzündən naviqasiya sistemi işləməyib, enmə zolağı isə çox qısadır».

Rus dispetçerlərdən biri Anatoli Muravyev isə bildirib ki, onlar təyyarənin ehtiyat aerodroma enməsini məsləhət görsələr də, Kaçinskinin təyyarəsi dördüncü cəhddə onların icazəsi olmadan və heç bir məlumat vermədən enmə həyata keçiriblər: «Ola bilsin ki, təyyarədə kimsə nəyin bahasına olursa-olsun enmək barədə göstəriş verib».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar