SON XƏBƏRLƏR

Özbək türkləri böyük Sərkərdə Əmir Teymuru anır

2021.10.20, 07:36
Özbək türkləri böyük Sərkərdə Əmir Teymuru anır

Gunaz.tv

Özbək türkləri böyük Sərkərdə Əmir Teymuru anır

 

GünAzTv: Özbəkistanın müxtəlif bölgələrində tarixi şəxsiyyət, böyük sərkərdə Əmir Teymurun doğum gününün 674-cu il dönümü anılıb.

Rəsmi mərasim Taşkənd şəhərində Əmir Teymurun Heykəli qarşısında keçirilib. Mərasimdə Əmirin həyatı və onun insan tarixindəki rolu barədə məruzə ilə çıxış edilib.

 

Mərasimdə vuqulanıb ki, Əmir Teymur bir dahi və güclü hərbçi olmaqla yanaşı həmdə görkəmli siyasətçi və istisnai gücə malik olan hökmran idi. Onun barışcıl və insanı xüsusiyyətləri də təqdirə layiq qiymərləndirilib.

 

Mərasim zamanı teymurilər muzeyində musiqi konsertı olub.

 

Qeyd edək ki, Əmir Teymur Teymurilər imperatorluğunun qurucusudur.  O 1336-cı ildə doğulub və 1370-ci ildə hökmranlıq kürsüsünə oturub.

 

Əmir Teymur 69 yaşında 1405-ci ildə vəfat edib. Onun məqbərəsi Səmərqənddə yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar