SON XƏBƏRLƏR

Tayyib Ərdoğan Obamanın “soyqırım” deməyəcəyinə əmindir

2021.10.20, 07:36
Tayyib Ərdoğan Obamanın “soyqırım” deməyəcəyinə əmindir

Gunaz.tv

Tayyib Ərdoğan Obamanın “soyqırım” deməyəcəyinə əmindir

 

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin 1915-ci il hadisələrinin soyqırım kimi qiymətləndirilməsini qəbul etməyəcəyini və ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın da bu ifadəni işlətməyəcəyinə əmin olduğunu bildirib.R. T. Ərdoğan bunu CNN-ə müsahibəsində deyib. Nüvə təhlükəsizliyi sammitinə qatılmaq üçün Vaşinqtonda olan Türkiyənin baş naziri CNN-in jurnalisti Kristian Amanpurun suallarını cavablandırıb. 1915-ci il hadisələrinin müharibə və üsyanlar dövründə baş verdiyini xatırladan R. T. Ərdoğan 1914-1918-ci illərdə türk xalqının da dəhşətli itkilərə məruz qaldığını vurğulayıb: “Heç bir millətin, heç bir xalqın tarixi özünün anladığı şəkildə digər millətlər və xalqlara qəbul etdirməyə haqqı yoxdur. Türkiyə buna çalışmır. Bu günə qədər heç bir Amerika lideri bu kəlmədən istifadə etməyib və prezident Obamanın da bu ifadəni işlətməyəcəyinə inanıram”. Apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar