SON XƏBƏRLƏR

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Amerika və İsrail İrana hava zərbələri endirəcək

2021.10.20, 07:36
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Amerika və İsrail İrana hava zərbələri endirəcək

Gunaz.tv

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Amerika və İsrail İrana hava zərbələri endirəcək

 

GünAzTv: Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin İrana ən son addım kimi hava zərbələri endirəcəyi haqda təkzibolunmaz məlumatlara malikdir. Bu haqda Rusiyanın “Ria-Novosti” agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarov faktı təsdiqləsə də, bu addımı yolverilməz adlandırıb. “Hava hücumu ilə bombardman ABŞ və İsrailin planında son addım kimi nəzərdə tutulur”-deyə fikirini bildirən Makarovun sözlərinə görə, hadisələrin bu məcrada inkişafına yol verməyə heç kimin haqqı çatmır. Ən azından ona görə ki, havadan zərbələr regional və beynəlxalq təhlükəsizlik üçün böyük hədədir.

 

Bununla yanaşı, Makarov İranı da bu məsələdə diqqətli olmağa çağırıb: “İran bizi eşitməlidir. Bütün dünya onun heç bir nəticəsi olmayacaq işə baş qoşmasına görə narahatdır”.  Makarovun sözlərinə görə, dünya birliyi İranı eşitdiyi kimi, İran da eyni addımı atmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar