İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Qondarma “erməni soyqırımı” məsələsi Güney Azərbaycandan necə görünür?GünAzTv: Ermənilər növbəti dəfə qondarma soyqırım ilə bağlı fəaliyyətlərini aktivləşdiriblər. Yenə də Türkiyə, eləcə də Azərbaycan Respublikası bu və digər formada təzyiqlərlə üzləşir. Erməni diasporu və erməni lobbisinin antitürk aktivliyi nəticəsində dünyanın bir sıra ölkələri indiydək qondarma soyqırım iddiaları ilə bağlı qərarlar qəbul ediblər, görünən budur ki, bizə qarşı bu əks-təbliğat dayanan deyil. Azərbaycan Respublikasında, eləcə də Türkiyədə qondarma soyqırım iddialarına münasibət, eləcə də ABŞ-ın yürütdüyü siyasətlə bağlı tez-tez təhlillər mətbuat səhifələrində əksini tapır, politoloqların, siyasi ekspertlərin rəyləriylə tanış oluruq. Amma baş verənlərə Güney Azərbaycanın mövqeyini, güneyli soydaşlarımızın yanaşmasını bilmək də maraqlı olardı. Güneyli soydaşımız Duman Savalanın bölgədə baş verən proseslərlə bağlı fikirlərini öyrəndik. Qondarma soyqırım iddiaları ilə bağlı tarixə ekskurs edən Duman Savalanın fikrincə, bu il qondarma soyqırım iddialarıyla bağlı təbliğatın belə erkən başlanmasını bölgə ölkələrinin yürütdüyü siyasətlə axtarmaq lazımdır. Onun sözlərinə görə, belə qondarma soyqırım iddialarına qarşı Türkiyə hər zaman sərt reaksiya verir, səfirlərini geri çağırmaq kimi addımlar atır. Duman Savalanın fikrincə, uzun illərdir ki, Türkiyə xarici siyasətini Avropa Birliyinə üzvlük istiqamətində tənzimləyir. Konkret olaraq, Türkiyə 1987-ci ildə AB-yə tam üzvlük üçün baş vurub, 1999-cu ildə Türkiyə AB üzvlüyünə namizəd kimi qəbul olunub, 2005-ci ildə üzvlük müzakirələri başlanılsa da hələlik faktiki nəticə əldə olunmayıb. Avropa ölkələri Türkiyənin üzvlüyünə əngəl olmaq üçün bir çox bəhanələr gətirirlər. Avropanın Türkiyəni öz daxilinə alıb-almayacağı hələ bəlli olmasa da, bunu bəri başdan bilmək mümkündür ki, AB Türkiyəni bir üzv kimi zəif və gücsüz olmasını istəyir: "Yəni, Avropa 72 milyon əhalisi olan, müsəlman, türk ölkəyə qarşı üzvlük məsələsindən bir "kozır" kimi yararlanır. Məqsədi isə geopolitik dəyərlərə malik Türkiyəni öz mənafeyi naminə qullanmaqdır. Elə bu üzdən də AB-nin "qonşularla sıfır problem" istəyi faktiki olaraq, "sıfır problem" deyil. Əslində AB-nin istədiyi kimi Türkiyənin qonşularıyla əlaqə qurmasıdı. Örnək olaraq, Ermənistanla sərhədləri açmaq və İranla əlaqələri kəsməyi Avropa Birliyi "qonşularla sıfır problem" adı ilə Türkiyədən istəyir. Son illərdə isə Türkiyə özünün xarici siyasətində AB-yə üzvlükdən başqa digər alternativlər də yaratmaqdadır. Bu alternativlər islam dünyasında olan iqtisadi fürsətlər, bu ölkələrlə dostluğuna dayanaraq Türkiyəni bölgədə hegemon gücə çevirmək olmuşdur. Elə məhz bu siyasətə görə, Türkiyə islam ölkələrində ictimai rəyin dəstəyini qazanmaq üçün İsrail ilə müttəfiqlikdən vaz keçməyə hazır olduğunu ortaya qoyub. İranla indiyədək görünməmiş səviyyədə siyasi-iqtisadi əlaqələr qurulub, Suriya ilə yaxınlaşma baş verib, Ermənistanla sərhədləri açmaq üçün protokollar imzalayıb. Bunların bir hissəsi Avropa Birliyinini təzyiqi və istəyi ilə baş versə də, əslində Türkiyəni bölgəsəl qüdrətə dönüşdürmək üçün uyğulanıb".Avropa ölkələrinin qondarma soyqırım iddialarını qəbul etməsinə gəldikdə isə demək lazımdır ki, 1915-ci ildə Osmanlı imperatorluğuna hücum edənlər məhz İngiltərə, Fransa və Rusiya idi. Onlar erməni terror dəstələrini himayə edib, çoxsaylı türk-müsəlman əhalinin qırğınına səbəb olublar. Bu gün isə "erməni soyqırımı "iddialarını qəbul edənlərin çoxu Avropa ölkələridir. Kiprin yunan hissəsi (1982), Rusiya (1995 və 2005), Yunanıstan (1996), Belçika (1998), İtaliya (2000), Vatikan (2000), Fransa (2001), İsveçrə (2003), Slovakiya (2004), Hollandiya (2004), Polşa (2005), Almaniya (2005), Litva (2005) və nəhayət, İsveç (2010) tarixində müsəlmanlar və türklərə olan tarixi baxışlarını sərgiləyiblər. Qondarma erməni soyqırımı iddialarının yeni dalğası fonunda avropalıları ilgiləndirən məsələlərin ən önəmlisi Türkiyənin Ermənistanla sərhədlərin açılması, yəni protokolların ratifikasiya edilərək hayata keçməsi və İrana tətbiq ediləcək yeni sanksiyaları Ankaranın dəstəkləməsi planıdır.Duman Savalan vurğulayır ki, indiyədək ABŞ prezidentləri seçim ərəfəsində qondarma soyqırımını tanıyacağı barədə vəd versə də Barak Obama həm yazılı, həm də şifahi söz verib. Hətta Türkiyəyə səfər etsə belə qondarma soyqırım məsələsində ermənilərə verdiyi vədi unutmadığını bildirib, ötən il 24 aprel çıxışı zamanı Türkiyə - Ermənisatan yaxınlaşmasına zərər verməsin deyə "soyqırım" kəlməsi əvəzinə "böyük fəlakət" sözünü işlədib. Vitse-prezident Joe Biden və xarici işlər naziri Hillari Clinton da qondarma erməni soyqırımı layihəsi Senatın gündəmində olduğu dönəmdə ona dəstək veriblər: "Bu il ABŞ Konqresinin Nümayəndələr Məclisinin xarici əlaqələr komitəsində qondarma soyqırım layihəsinin qəbul olunmasının qarşısını almaq üçün Vaşinqtonun elə bir maraq göstərmədi. Son dəqiqə qısa yorum yaparaq, bu layihənin keçməsinin Türkiyə - Ermənistan əlaşələrinə zərər vuracağı ehtimalını vurğuladı. Buna əlavə, aydın oldu ki Türkiyə erməni lobisinin qarşısında İsrail lobbisinin yardımını ala bilməz. Çünki Türkiyə hökumətinin İsrailə qarşı sərt sözləri, ABŞ-Türkiyə-İsrail hərbi tətbiqatını təxirə salması və başqa olaylar bunu imkansız hala gətirib. Elə bu üzdəndir ki, Türk Dostluq Qrupunun üzvü olmasına baxmayaraq, Konqresin Təmsilçilər Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri, yəhudi kökenli Hovard Berman "soyqırım" layihəsini dəstəklədi. İndi layihə Təmsilçilər Məclisinin gündəliyinə çıxarılmağı gözləyir".Duman bəy bildirir ki, Nümayəndələr Məclisinin rəhbəri Hensi Pelosinin layihənin gündəmə gəlməsinə mane olmaq yetkisi var. Xatırladaq ki, 2007-ci ildə Nümayəndələr Məclisinin silahlı qüvvələr komitəsi qondarma soyqırımla ilgili qərar çıxarıb. Amma Ağ ev rəsmilərinin basqısı sonucunda layihə Təmsilçilər Məclisində gündəmə gəlməyib. Çünki, Ankara ABŞ-ın Türkiyədəki "İncirlik" hərbi bazasını qapatmasından söz açmışdı. Bu hərbi baza isə İraq əməliyyatlarında ABŞ üçün həyati əhəmiyyət daşıyır.Duman bəyin fikrincə, ABŞ "erməni soyqırımı" layihəsindən yararlanmaqla Türkiyədən bir sıra güzəştlər qoparmaq niyyətindədir: Bu Türkiyənin İrana qarşı yeni sanksiyalara qoşulması, Ermənistanla sərhədləri açması, İsrailə qarşı sərt təpkiləri dayandırması, Əfqanıstandakı əsgərlərinin sayını çoxaltması kimi sıralana bilər.Duman Savalanın fikrincə, bu təzyiqlərə müqavimət göstərmək üçün Türkiyənin alternativ seçib-seçməməsi Ərdoğan-Obama görüşündən sonra məlum olacaq. Sürix protokollarının imzalanmasından sonra baş verənləri təəhlil edən Duman bəy hesab edir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi göstərir ki, Türkiyə-Ermənistan sərhədləri açılsa belə İrəvan və erməni diasporu, erməni lobbisi qondarma soyqırımla bağlı kampaniyalarını dayandırmayacaq. Əksinə, sərhədlərin açılması ilə Türkiyə bir növ "soyqırımı" və ermənilərin ərazi iddialarını qəbul etməyi müzakirə mövzusuna çevirəcək: "Digər tərəfdən, 7 fevral 2007-ci ildə qəbul olunmuş milli təhlükəsizlik doktrinasında Dağlıq Qarabağdakı separatçı rejimin "istiqları" və "təhlükəsizliyi qorumaq Ermənistanın strateji hədəflərindən biri kimi göstərilib. Bu o deməkdir ki, Ermənistan Qarabağı əldən vermək şərtilə Türkiyə ilə sərhədlərin açılmasına razılıq verməyəcək. Eyni zamanda, Türkiyə və Azərbaycan Respublikasının strateji ilişgiləri, Türkiyənin həssas ictimai rəyi icazə verməyəcək ki, Quzey Azərbaycanın razılığı olmadan Ermənistanla münasibətlərini normallaşdırsın". Ekspertin fikrincə, Türkiyə Qərbin qondarma soyqırım iddiaları təzyiqlərinə cavab olaraq, başqa "kartları" ortaya qoymalıdır. Bura Türkiyənin NATO-dakı mövqeyi, "Barış gücü" adı ilə Əfqanıstandakı rolu, Türkiyədə qeyri-qanuni yaşayan erməni miqrantlarının taleyi (Ərdoğan bunu dəfələrlə dilə gətirib), Ermənistana təyyarə səfərlərini azaldılması, Azərbaycan Respublikası ilə hərbi- strateji əlaqələri artırmaq, Xocalı soyqırımı və 1918-ci ildə ildə ermənilərin Güney Azərbaycanın Urmu şəhərində törətdiklərini soyqırımı gündəmə gətirərək, Türkiyə parlamentində (TBMM) qəbul etmək, ABŞ-ın İncirlik hərbi bazasının qapadılmasını gündəmə gətirmək, Qərb ölkələrinin törətdiyi soyqırımları (məsələn Əlcəzair) gündəmə gətirmək və s. aid ola bilər.Duman Savalanın fikrincə, bu "kartlar" təzyiqləri azaltsa da, onu dayandıra biləcək qədər yetərli görünmür. Çünki, əslində Qərbin, ABŞ-ın əsl istəkləri bunlar deyil. Qərb bu ilki "soyqırım" mövsümündə Türkiyə- İran, Türkiyə- Ermənistan və Türkiyə- İsraili münasibətlərini nəzərdə tutur, Ankaranın bu ilişkilərdə seçim etməsinə çalışır. Bu istəklər arasında Türkiyənin İranla əlaqələrindən vaz geçməsi daha inandırıcı görünür. Çünki, Qərbin İran məsələsində təzyiqi daha çox olacaq. Onu da deyək ki, İrana qarşı beynəlxalq sanksiyaların dördüncü mərhələsi Türkiyəsiz reallaşa bilməz.Eyni zamanda, Ankara nüvə silahı, nüvə proqramı məsələsində beynəlxalq ictimaiyyəətlə mübahisə edən İranda, qonşuluğunda yeni bir atom gücünün yaranmasına görməzdən gələ bilməz.Türkiyənin İrana qarşı münasibəti dəyişdiyi halda müsəlman və ərəb ölkələrində dəstəyi azalmayacaq. AKP hökuməti Ermənistanla münasibətləri normallaşdırmağa maraqlı görsənsə də, Türk milləti buna izn verməz. AKP Dağlıq Qarabağ məsələsi çözülmədən Ermənistanla sərhədləri açsa, Türk Dövlətlər Birliyi adıyla, digər türklərə yaxınlaşma prosesini dayandırmış olacaq.Duman Savalanın fikrincə, Barak Obamanın aprelin 24-də "soyqırım" kəlməsini deməsi ehtimalı çoxdur: "Türkiyəyə qarşı bu təzyiqlərin əvəzində Qərb İranla, Ermənistanla, İsraillə əlaqələrdə Ankaradan dəstək istəyir. Yəqin ki, Türkiyə İrana qarşı sanksiyalara qoşulmaqla Qərbin təzyiqlərinə öz maraqları çərçivəsində cavab verəcək, eyni zamanda Tehrandan güzəştlər əldə edəcək". Xalqcebhesi
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu