SON XƏBƏRLƏR

İran həbsxanalarında QİÇS və Narkomaniya yayqınlaşır

2021.10.20, 07:36
İran həbsxanalarında QİÇS və Narkomaniya yayqınlaşır

Gunaz.tv

İran həbsxanalarında QİÇS və Narkomaniya yayqınlaşır

 

GünAzTv: Rəsmi statistika göstərir ki, İran həbsxanalarında HİV (QİÇS) virusunun yayılması 7.1 faizə çatıb. Bu sözləri İran Zindanların səhiyyə işləri üzrə məsul şəxsi bildirib.

 

Doktor Mərziyyə Fərniya bəyan edib ki, zindana düşən şəxslərin yarıdan çoxu narkomandır.

 

O əlavə edib ki, həbsxana mühiti bağlı bir mühitdir. Ona görədə yoluxucu xəstəliklərin yayqınlaşmasına şərait var. Xəstəlik yayılarsa faciə ilə üzləşərik.

 

Qeyd edək ki, İran qonşuluğunda yerləşən ölkələr üzün illərdir ki İrandan daşınan narkotik maddələri ilə bağlı əziyyət çəkirlər. müşahidələr göstərib ki, İran həm tranzit ölkə kimi həmdə narkotik maddələrinin mənbə ölkəsi kimi regionda xeyli problemlər yaradır. Bununla yanaşı statistika İranın daxilində də hədindən artıq sayıda narkoman olduğunu və son illərdə bu siyahiyə HİV virusuna yoluxmuş insanların daxil olduğunu göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar